Marneulidə 26 May

Marneulidə, 26 may tarixində Gürcüstanın Müstəqillik Günü ilə bağlı tədbir keçirildi.

Tədbir Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Aparatı tərəfindən təşkil edildi və Marneulinin mərkəzi meydanında keçirildi. Ərazidə Gürcüstan Müdafiə Qüvvələrinin hərbi texnikası nümayiş etdirildi. Burada yerli sahibkarların əl işləri və məhsullarının sərgi-satışı, idman-əyləncə tədbirləri və s. də yer aldı.


Müstəqillik Gününə həsr olunmuş tədbirdə yerli özünüidarə üzvləri də iştirak edirdilər. Onlar arasında Marneuli meri Kənan Ömərov da yer alırdı. “Marneuli” radiosunun demək olar ki, heç vaxt onunla müsahibə yazmaq imkanı olmayıb.



"26 May - ölkəmizin Müstəqillik Günü hər il Marneulidə geniş miqyasda və belə ənənəvi olaraq qeyd olunur. Bu bayram münasibətilə hamını təbrik edirəm. Sizə əmin-amanlıq və firavanlıq arzulayıram" - Kənan Ömərov bildirdi və növbəti sualı ünvanlamağa imkan vermədi. 

Mayın 26-na həsr olunmuş

tədbirdə Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də iştirak edirdi.

"Bu gün çox mühüm gündür. Mən marneulili həmyerlilərimi ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik etmək istərdim. Bu, bizi qürurlandıran və hamımızı birləşdirən gündür. Son illər hökumətin təşəbbüsü ilə belə bir irimiqyaslı tədbir ənənəvi olaraq keçirilir. Yerli sahibkarlar və kiçik biznes nümayəndələrinə burada öz işlərini nümayiş etdirmək imkanı verilib. Axşam isə əyləncə tədbiri olacaq” - Amiran Qiorqadze dedi.

Müstəqillik günü tədbiri Marneulidə konsert proqramı ilə yekunlaşacaq. Musiqilər “Qordela” ansamblı, “Leoni” dueti və “Qvevri” qrupu tərəfindən ifa olunacaq.





 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google