“Mən belə bir cəzanı yersiz hesab edirəm” - Marneuli və Hucabi yepiskopu Mzia Amağlobelinin işi barədə

Marneuli və Hucabi yepiskopu Qiorqi Camdeliani Mzia Amağlobelinin saxlanılmasına münasibət bildirib.


“Facebook” paylaşımı “Marneuli Hucabi” səhifəsində dərc edilib və burada Camdeliani Amağlobeliyə belə bir cəzanın verilməsini yersiz hesab etdiyini qeyd edib.

"Mzia Amağlobelinin davam edən məhkəməsinə cavab verməmək mümkün deyil. Baxdım və düşündüm ki, axı biz hamımız bir ana övladları deyilik?! Qadına pərəstiş millətimizdə həmişə

xüsusi rola və hörmətə layiq olub. Zərərçəkmiş məhkəmədə bildirib ki, qanunlar icra olunmalıdır. Bu qanun şillə vurduğuna görə qadını 4 ildən 7 ilədək həbs cəzası ilə cəzalandırır.

Mən başa düşürəm ki, dövlət qurumlarına əl qaldırmaq qətiyyən yolverilməzdir və buna hər zaman müvafiq reaksiya verilməlidir. Lakin mən bir baş keşiş və eyni zamanda sıravi bir vətəndaş kimi bu qadının siyasi fikirlərini bölüşməməyimə baxmayaraq, belə ağır cəzanı yersiz hesab edirəm. Mənim xristian qardaşım və övladım, sizi də gürcü ana böyüdüb, sizin də bacınız və ya xanımınız var, yoxsa əxlaq qanunları sizə yaddır?! Çox vaxt bağışlanma və əfv bu qanunlardan daha üstündür.
Hansı hökmlə mühakimə edirsənsə, həmin hökmlə siz də mühakimə olunacaqsınız. Bağışlayın və bağışlanacaqsınız”
– Marneuli və Hucabinin yepiskopu Camdeliani yazıb.

Yanvarın 12-də gecə saatlarında Batumi polisi “Batumelebi” və “Netgazeti” onlayn nəşrlərinin təsisçisi və direktoru Mzia Amağlobelini qanunsuz olaraq həbs edib.

Amağlobeli Batumi polisinin rəhbəri İrakli Dqebuadzeyə hücum etməkdə ittiham edilərək həbs edilib. Yanvarın 14-də Batumi Şəhər Məhkəməsinin hakimi Nino Saxelaşvili prokurorun vəsatətini təmin edib və barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkillərin qiymətləndirməsinə görə, jurnalistin saxlanması işin mühitinə uyğun deyil və yalnız siyasi motivdən xəbər verir. Onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Mzia Amağlobeli Qiorqi Camdeliani
FaceBook Twitter Google