Qızılhacılı kəndində Bələdiyyə Məclisi deputatı ilə vətəndaş
arasında baş verən qarşıdurmada majoritar deputat
Ceyhun Çoydarovun tənqidə görə kişinin üzərinə çay töküb fiziki
hərəkətə keçməsindən sonra Kvemo Kartli qubernatoru Levan Xarabadze
vətəndaşlarla görüşə gəlib.
Qubernator Qızılhacılı kəndində iki görüş keçirib – Bələdiyyə
Məclisinin majoritar deputatının fəaliyyətindən narazı və razı olan
insanlarla. Hər iki görüşdə vətəndaşlar hakimiyyətin və
“Gürcü
arzusu”nun tərəfdarı olduqlarını bildiriblər.
Levan Xarabadze vətəndaşlarla gürcü dilində danışmağa başlayıb,
görüşdə tərcüməçi də var idi, lakin tərcüməçidən narazı qalan
qubernator vətəndaşlarla rus dilində söhbəti davam etdirmək
qərarına gəlib – hər iki görüşdə azərbaycandilli əhali ilə gürcü
dilli qubernator arasında dialoq rus dilində aparılıb.
Merin nümayəndəsi və Bələdiyyə Məclisinin majoritar deputatının
fəaliyyətindən narazı olan vətəndaşlarla görüşdə Qızılhacılı
sakinləri kənddə həyata keçirmək istədikləri infrastruktur
layihələrinin adını çəkiblər. İçməli su, yollar, küçələrin
işıqlandırılması – yerli əhalinin dilə gətirdiyi əsas problemlər
bunlar olub.
"Kəndimizdə su yoxdur. Sakinlər su alır. Qubernatordan
soruşuram ki, kəndimiz çox pis vəziyyətdədir, biz Afrika kimiyik.
Nə işıq, nə işıqlandırma, nə də yol var. Bu deputat və merin
kənddəki nümayəndəsi tamamilə yararsızdır. Burada merin, Bələdiyyə
Məclisi sədrinin günahı yoxdur. Bizim kəndin deputatı və merin
kəndimizdəki nümayəndəsinin günahıdır. 8 ildir ki, deputat orada
oturub, heç bir problemi həll etməyib, zəhmət olmasa, tezliklə
deputatlığa yaxşı namizəd təklif edin”, –
vətəndaşlardan biri bildirib.
Əhali ilə ikinci görüşdə qubernator vətəndaşlara müraciət edərək
kəndin infrastruktur problemlərindən artıq məlumatlı olduğunu və
içməli su layihəsinin 2025-ci ilin sonunadək başa çatdırılmasının
nəzərdə tutulduğunu, bundan sonra kənddə yolların çəkilməsinə
başlanılacağını bildirib.
Marneuli Bələdiyyə Məclisinin üzvü, Qızılhacılıdan olan majoritar
deputat Ceyhun Çoydarov tərəfdarlarının iştirak etdiyi ikinci
görüşdə əsasən keçmiş məktəb direktoru və özünün dediyi kimi kənd
ağsaqqalı dövlət nümayəndəsinə müraciət edib və qubernatora deyib:
“İndi hökumət onun (Ceyhun Çoydarovun) namizədliyini
irəli sürsə, onu seçə bilərik, amma hökumət başqa namizəd irəli
sürərsə, hamı ona da səs verəcək”.
"Bu kəndi iki yerə bölmək olmaz. Ora toplaşanlar da
hökuməti dəstəkləyən insanlardır, biz də burada hakimiyyətin
adamlarıyıq. İstər onlar, istərsə də biz – hamı “Gürcü Arzusuna”
səs verəcək. Sadəcə olaraq, insanları belə düşərgələrə bölməyə
ehtiyac yoxdur", – keçmiş direktor bildirib.
Kvemo Kartli qubernatoru vətəndaşa açıqlığına görə təşəkkür edib və
namizəd irəli sürmək üçün əhali ilə görüşmədiyini qeyd edib. O,
vətəndaşlarla tanış olmaq, onların problemlərini dinləmək üçün
gəldiyini və majoritar namizədin kimliyinin yaxın vaxtlarda məlum
olacağını bildirib.
Vətəndaşlarla görüşdə Marneulinin digər yüksək vəzifəli şəxsləri
iştirak etməyib. Mer Kənan Ömərov və onun müavinləri, Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze və müavinləri qubernatorun
Qızılhacılı sakinləri ilə görüşündə iştirak etməyiblər.
Xatırlatmaq istərdik ki, iyulun 14-də “Gürcü Arzusu” partiyasının
Bələdiyyə Məclisinin deputatı Ceyhun Çoydarov Qızılhacılı kəndinə
yerli kişilərlə görüşüb. Görüşün əvvəlində yerli sakinlərdən biri
onun ünvanına tənqidi fikir bildirib və Çoydarov cavab olaraq onu
oliqarx adlandırıb. Sonra söyüb. Bundan sonra Çoydarov həmin adamın
üstünə atılaraq stolun üzərinə əşyalar atıb və dava düşüb.
Ceyhun Çoydarov əvvəllər də bir neçə münaqişədə iştirak edib. Ən
son, 26 oktyabr 2024-cü il Parlament seçkiləri günü Qızılhacılıdakı
seçki məntəqələrinin birində Milli Hərəkat partiyasının üzvü Azad
Kərimova hücum edib. Hadisə ilə bağlı hələlik istintaqa
başlanılmayıb.
Ceyhun Çoydarov 2017-ci il oktyabrın 20-də “Gürcü Arzusu”nun ofisi
yaxınlığında yaralanıb. O və bir neçə nəfərə odlu silahdan atəş
açılıb. Çoydarov partiyanın majoritar namizədi olub və insident
yerli seçkilərə bir neçə gün qalmış baş verib. Seçki dövründə o,
hələ də xəstəxanada idi və müalicə alırdı.
Əsas şəkil: "Aktual.ge"
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415