Gürcüstanda yerli özünüidarəetmə seçkiləri yaxınlaşır.
Müxalifətin bir hissəsi seçkiləri boykot edir və iştirak etməyi
planlaşdırmır. “Qaxariya – Gürcüstan naminə” və “Lelo” partiyaları
isə seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.
Marneulili siyasətçi Əhməd İmamquliyevdən bu il hər hansı partiyaya
qoşulub-qoşulmayacağı və mer vəzifəsinə namizədliyini irəli
sürüb-sürməyəcəyi ilə bağlı münasibətini öyrəndik.
Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, hazırda onun planlarında nə mer vəzifəsi, nə də hər hansı
siyasi partiyaya üzvlük məsələsi var:
“Gündəlik planımda hansısa partiyadan mer seçkilərində
iştirak etmək məsələsi yoxdur. Ölkədə bu gün baş verən vəziyyəti
yaxşı bilirsiniz. Mən daha çox düşünürəm ki, əgər Parlament
seçkiləri ilə eyni vaxtda yerli seçkilər də keçirilsə, o zaman ya
namizəd kimi, ya da sıravi siyasətçi kimi iştirak etmək mümkündür
ki, bugünkü kabusu – “Gürcü Arzusu”nu məğlub
edək.”
Əhməd İmamquliyevə hakim partiyanın Marneuli üzrə merliyə namizədi
ilə bağlı məlumata malik olub-olmadığı da soruşuldu. Həmçinin ona
hazırkı mer Kənan Ömərov barədə də sual verdik.
İmamquliyevin ehtimalına görə, Kənan Ömərovun ikinci müddətə
namizədliyi irəli sürülməyəcək. O, konkret ad çəkməsə də,
bildirdi
ki, “Gürcü Arzusu” Marneuli merliyinə gənc, yerli bir şəxsi –
“kapitandan mayorluğa yüksəltmək istədikləri” bir namizədi təqdim
edəcək:
“Mənim mənbələrimə əsasən, bu nə Kənan Ömərovdur, nə də Zaur
Darğallı. Bu, “Gürcü Arzusu” daxilində üçüncü bir qanaddır. Namizəd
etnik azərbaycanlı, marneulili olacaq – söhbətlər bu yöndədir. Gənc
bir oğlandır. Belə deyə bilərəm: onu “kapitanlıqdan mayorluğa”
keçirmək istəyirlər. Yəqin ki, bu şəxs bələdiyyə üzvü deyil. Səhv
etmirəmsə, “Gürcü Arzusu”nun sıralarında çalışıb. Mənim mövqeyim
ondan ibarətdir ki, yerlərin dəyişməsi ümumi nəticəni dəyişmir. Kim
olursa-olsun, bu, “Gürcü Arzusu”na və Bidzina İvanişviliyə xidmət
edən bir marionet olacaq”, - Əhməd İmamquliyev
dedi.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin 4
oktyabrda keçirilməsi planlaşdırılır. Sonuncu dəfə merlər 2021-ci
ildə seçilmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415