Marneulidə İnterpol tərəfindən axtarılan Azərbaycan vətəndaşı saxlanılıb

Marneulidə Kvemo Kartli Polis Departamentinin əməkdaşları İnterpolun qırmızı bülletenlə axtardığı,

1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı R.A.-nı saxlayıblar.

Rəsmi məlumata görə, o, 2013-cü

ildən Azərbaycan Respublikası tərəfindən mütəşəkkil dəstənin üzvlüyündə və sağlamlığa qəsdən zərər vurmaqda ittiham olunaraq axtarışda idi.

R.A. Marneulidə keçirilən istintaq tədbirləri zamanı saxlanılıb. Hazırda onunla bağlı qanunvericiliyə uyğun olaraq ekstradisiyaöncəsi prosedurlar aparılır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google