Marneuli meriyası Yeni il hazırlıqlarına başlayıb – yolka ağacının işıqlandırılması tədbirinə 78 191 lari xərclənəcək
Marneuli yerli özünüidarə orqanı Yeni il yolkasının işıqlandırılması tədbirinin təşkili üçün tender elan edib. Marneuli meriyasının elanına əsasən, tədbir 2025-ci ilin dekabr ayının ikinci yarısında keçiriləcək.

Tender sənədində qeyd olunur ki, tədbirin aparıcıları gürcü və Azərbaycan dillərini mükəmməl bilən 35–40 yaşlı qadın və 30–40 yaşlı kişi olmalıdır. Təklifdə həmçinin musiqiçilərlə bağlı tələblər də yer alıb.

“Musiqi

qrupu ən azı 5 musiqiçidən və 1 solistdən ibarət olmalıdır. Yaş həddi – ən azı 25 yaş. Qrup orijinal mahnılar ifa etməlidir. Repertuara bir neçə ingilis dilində mahnı daxil edilməsi məqsədəuyğundur (repertuar sifarişçi ilə razılaşdırılmalıdır). Proqramın müddəti ən azı 60 dəqiqə olmalı, bütün mahnılar canlı ifa edilməlidir.”

Marneuli tamaşaçıları qarşısında çıxış etmək üçün ən azı 10 illik səhnə təcrübəsinə malik, gürcü və xarici mahnılar ifa edən qadın və kişi dueti də təqdim olunmalıdır.

Tender təklifinə əsasən, yolkanın işıqlandırılması tədbiri müxtəlif növ bəzək əşyaları və attraksionlarla zənginləşdiriləcək.

Marneuli meriyası 2026-cı il üçün yolka ağacının işıqlandırılması tədbirinin təşkili xidmətlərini 78 191 lariyə almağı planlaşdırır. Bələdiyyə tenderi oktyabrın 16-da elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24–27 oktyabr tarixlərində müraciət edə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google