“Bu mövzu ilə bağlı ajiotaj yaratmaq lazım deyil” – XİN Axalkalakidə qoyulmuş abidə ilə bağlı

Xarici İşlər Nazirliyi bəyan edir ki, Axalkalakinin kəndlərindən birində Qarabağ müharibəsi iştirakçısının büstünün qoyulması məsələsi ilə bağlı “həm Tbilisi, həm də Azərbaycanda səfirlər vasitəsilə ünsiyyət qurulub və informasiya mübadiləsi olub.”


Nazirlikdən “Netgazeeti”yə yazıblar ki, “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim aramızda barəsində ünsiyyət yaratmadığımız heç bir məsələ yoxdur, bu qarşılıqlı əlaqələrdə adi haldır”.

“Bu mövzu ilə bağlı ajiotaj yaratmaq lazım deyil” – XİN Axalkalakinin Buğaşen kəndində Dağlıq Qarabağ müharibəsi iştirakçısının büstü ilə bağlı bəyan edib.

Əhalisinin əksəriyyəti etnik erməni olan Buğaşeni kəndində kənd sakini Mixeil Avakyanın büstü 25 ildir ki, qoyulub. Axalkalaki meriyasından təsdiqləyirlər ki, Dağlıq Qarabağ müharibəsində iştirak edib və 1994-cü ildə həlak olub, elə həmin vaxtlar da onun təhsil aldığı kəndin köhnə məktəbinin həyətində onun büstünü qoyublar.

Axalkalaki merinin məlumatına görə, ilk olaraq onun büstünü qardaşı və əmisi oğlu qoyublar; vaxt keçdikcə büst xarab olub və bu yaxınlarda onun qohumları öz xərcləri ilə büstü bərpa ediblər, bunun üçün dövlət vəsaiti xərclənməyib. Onun dediyinə görə, həmin adamın vəsaiti ilə büstün ətrafına hasar da çəkilib.

20 yanvar tarixində yenilənmiş abidənin açılışında Gürcüstan Parlamentinin üzvləri Enzel Mikoyan və Samvel Manukyan, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan, Axalkalaki BƏlədiyyə Məclisinin sədri, Axalkalaki meri Yurik Unanyan və başqa şəxslər iştirak edirdilər.

Unanyan bildirir ki, onu tədbirə “kənd dəvət edib” və buna görə də ora gedib. Enzel Mkoyana zəng vurduqda isə onun sürücüsü cavab verdi və dedi ki, Mkoyan görüşdədir və indi boş deyil, boşalan kimi o, özü zəng vuracaq; “Netgazeti” tədbirin məhz 1990-cı ildə baş vermiş “Qanlı Yanvar”ın ildönümü olan 20 yanvar tarixində keçirilməsinə nə üçün və kim tərəfindən qərar verildiyi ilə bağlı sual verə bilmədi.

Parlamentin sədr müavini Qia Volski jurnalistlərin məsələ ilə bağlı sualına belə cavab verib:

“Təəssüf ki, siyasi həyatda hər şey optimal deyil və hər şeyin dəqiq cavabı yoxdur. Məsələ kifayət qədər problemlidir, bu məsələ ilə bağlı mövqe çox mühümdür. Gürcüstanda yaşayan həm azərbaycanlı, həm də erməni vətəndaşlarımız bizim üçün mühümdürlər. Bu baxımdan ən yaxşı vəziyyət bu gündür və biz elə bir platformayıq ki, nə vaxtsa Ermənistan və Azərbaycanın maraqları yaxınlaşa bilər. Bu məsələ ilə bağlı şərh vermək qərarına gəlsək, buradan çıxmalıyıq. Məsuliyyətsiz adamlar istəyir ki, qalmaqal yaratsın. Bu isə yenə də bizim ölkəyə qarşı yönələcək. Biz çalışmalıyıq ki, bizim ölkədə onlar arasında qarşıdurma olmasın. Xarici siyasət baxımından yaxşı vəziyyət deyil, lakin diplomatiya belə yaxşı olmayan vəziyyətləri yüngülləşdirmək üçün mövcuddur”.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია