Oni meri Serqo Xidişelinin sözlərinə görə, təbii fəlakət
nəticəsində ölənlərdən 14 nəfərin
şəxsiyyəti müəyyən edilib. Onun bildirdiyinə görə, 16 vətəndaşın
axtarışı davam etdirilir.
"18 vətəndaş dünyasını dəyişib, onlardan 14-nün şəxsiyyəti müəyyən
edilib, 16 vətəndaşın axtarışı davam etdirilir. 24 saat ərzində
işlər davam etdirilir. Prosesə aidiyyatı qurumlar cəlb olunub,
bütün nazirliklər cəlb olunub, onlara bir daha təşəkkür etmək
istəyirəm.
Fəlakət bölgəsinə 80-dən çox ağır texnika cəlb olunub və tələfatın
baş verə biləcəyi yeddi əsas yerdə iş aparılır. Həmçinin digər
ərazilərdə də axtarışlar davam etdirilir”, - deyə
Xidişeli bildirib.
Avqustun 3-də Şovi kurortunda torpaq sürüşməsi baş verib. Nəticədə
30-dan çox insan torpaq kütləsinin altında qalıb.
Mənbə: formula.ge