Birləşmiş Krallığın İcmalar Palatasının 15 üzvü icraçı hökumətə
müraciət edərək Bidzina İvanişvili
və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunmasını tələb
edib.
Əgər Birləşmiş Krallıq Bidzina İvanişviliyə qarşı sanksiyalar
tətbiq etsə, bu, ciddi maliyyə və hüquqi problemlər yaradacaq.
İvanişvili ailəsinin biznesləri, əsasən, Britaniya Virciniya
Adaları və Kayman Adaları kimi Birləşmiş Krallığın ofşor
ərazilərində qeydiyyatdan keçdiyinə görə, sanksiyalar
onların
fəaliyyətini iflic edə bilər.
Sanksiyaların yaratdacağı problemlər:
Aktivlərin dondurulması – İvanişvili ailəsinin bütün maliyyə
aktivlərinə, o cümlədən ofşor ərazilərdəki hesablara çıxışın
itirilməsi;
Maliyyə xidmətlərinə çıxışın məhdudlaşdırılması – bank
əməliyyatlarının həyata keçirilməsində çətinliklər;
Gürcüstandakı şirkətlərin fəaliyyətinə təsir – sanksiyalar
nəticəsində İvanişvilinin Gürcüstanda fəaliyyət göstərən 95-dən çox
şirkətinin işində geriləmə gözlənilir, o cümlədən:
❌ Kartu Bankı
❌ Kartu Fondu
❌ Qalereya Tbilisi
❌ Axis Towers
❌ Heidelberg Cement
❌ Poti Azad Sənaye Zonası
❌ Gürcüstanın Turizm İnkişaf Fondu (bu fondun nəzdində bir neçə
mehmanxana fəaliyyət göstərir).
Sanksiyaların səbəbləri
Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq olunmasının
səbəbləri aşağıdakılardır:
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılması;
Dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi;
Demokratik prinsiplərin pozulması;
Gürcüstanda Rusiyanın təsirinin gücləndirilməsinə dəstək
verilməsi;
ABŞ tərəfindən Bidzina İvanişviliyə qarşı tətbiq olunmuş
sanksiyalar.
Mənbə: Transparency International Georgia