Bu gün, fevralın 4-də “Gürcü Arzusu” Parlamentinin yaz sessiyası
açılıb.
Sessiyada “Gürcü arzusunun” prezidenti dinlənilib.
Reqlamentdə prezidentin yaz sessiyasının ilk iclasında illik məruzə
ilə çıxış etməsi nəzərdə tutulub. Çıxışdan sonra fraksiya sədrləri
və parlament çoxluğunun lideri çıxış edir.
Parlamentin mətbuat xidmətinin göndərdiyi açıqlamaya görə,
hesabatdan sonra Mamuka Mdinaradze və “Xalqın gücünün” lideri
Dimitri Xundadze çıxış
edəcəklər.
Buna baxmayaraq, Kavelaşvilinin məruzəsindən sonra çıxış etmək
istəyənlər olmadığından sessiya 28 dəqiqəyə başa çatıb.
Xəbərə gəlincə, “Gürcü Arzusunun” prezidenti “Gürcü Arzusu”nun
sülh, kənar müdaxilə, inqilab etmək cəhdləri, milli siyasət və
işğaldan azad edilməsi ilə bağlı ənənəvi təbliğat və anti-Qərb
mesajlarını təkrarlayıb.
O, Donald Trampın effekti adlandırdığı “Donald Trampın qələbəsindən
sonra dünyada psevdoliberal nizamda dəyişiklik başlanmasından”
danışıb.
O, həmçinin verdiyi əfv aktını bir daha izah edərək, qurumlarla sıx
müddətdə fəal işlədiklərini və humanizm prinsipini rəhbər
tutduqlarını vurğulayıb.
Parlamentdə Mixeil Kavelaşvilinin çıxışı zamanı mediaya
məhdudiyyətlər qoyulub. Onlayn medianın binaya girişi yenidən
qadağan edilib.
Kavelaşvilinin çıxışı ilə eyni vaxtda media nümayəndələri və
vətəndaşlar parlamentin qarşısında Mzia Amağlobelinin və digər
qanunsuz məhbusların azad edilməsi tələbi ilə nümayiş
keçirirdilər.
Polis onların hərəkətini məhdudlaşdırıb və güc tətbiq edib.
“Publika”nın fotomüxbiri döyülüb. Bir neçə nəfərin saxlanıldığı
iddia edilir.
Sessiya başa çatandan sonra “Gürcü arzusunun” deputatları etiraz
sədaları altında parlamentdən çıxarılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415