Gürcüstan Parlamentində “Diplomatik xidmət haqqında” qanunda
dəyişikliklər müzakirə olunur. İvanişvili hökumətinin təşəbbüsü ilə
hazırlanmış qanun layihəsinə əsasən,
diplomatik vəzifə daşıyan şəxsin vaxtından əvvəl geri çağırılması o
halda da mümkün olacaq ki, onun fəaliyyəti ölkənin maraqlarına və
ya beynəlxalq imicinə mənfi təsir göstərmiş olsun.
Qanun layihəsinin Parlamentin komitələrində müzakirəsinə bu gün, 13
may tarixində start verilib.
Layihəyə
əsasən, rotasiya qaydasında xarici ölkələrdə diplomatik
nümayəndəliklərə və konsulluqlara ezam olunmuş şəxslərin işgüzar
səfəri aşağıdakı hallarda vaxtından əvvəl sona çata bilər:
“Əgər ezam edilmiş diplomat xarici işlər nazirinin
inzibati-hüquqi aktı ilə təsdiqlənmiş etik və davranış normalarını
pozarsa , bu pozuntu ölkənin maraqlarına, yaxud imicinə zərər
vurarsa, ya da həmin şəxsin fəaliyyəti Gürcüstan Parlamenti
tərəfindən müəyyən edilmiş xarici siyasət kursuna, nazirliyin
maraqlarına zidd olarsa, bu hallar onun vaxtından əvvəl geri
çağırılması üçün hüquqi əsas hesab ediləcək.”
Layihədə eyni zamanda vurğulanır ki, Gürcüstanın demokratik dövlət
kimi imicinin beynəlxalq aləmdə təşviqi məqsədilə diplomatların
uzunmüddətli ezamiyyəti nəzərdə tutulur. Lakin, əgər belə bir
şəxsin fəaliyyəti ezamiyyətin məqsədinə uyğun deyilsə, qanun onun
vəzifədən vaxtından əvvəl geri çağırılmasını təmin etməlidir.
Qanun layihəsinin komitələrdə müzakirəsi növbəti günlərdə davam
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415