Bidzina İvanişvilinin keçmiş şəxsi maliyyəçisi və müşaviri,
hazırda beynəlxalq axtarışda olan Giorgi Baçiaşvili
Britaniyanın
The Guardian nəşrinə verdiyi müsahibədə bildirib ki, həyatına
təhlükə var. O, iki ölkənin xüsusi xidmət orqanlarından aldığı
məlumata əsasən, onun öldürülməsi üçün konkret göstərişin
verildiyini deyir.
“Dedilər ki, bu sadəcə ehtimal deyil — artıq göstəriş
verilib. Söhbət Şimali Qafqazdan gələn qruplardan gedir, ehtimal
ki, çeçenlərdən”, — deyir Baçiaşvili. Onun sözlərinə görə,
bu planın arxasında birbaşa İvanişvili dayanmır, lakin belə
ehtimalı tamamilə istisna etmir.
Onun vəkili Robert Amsterdam da qeyd edir ki, Baçiaşvilinin
öldürülməsi ilə bağlı plan xarici dövlətlərin xüsusi xidmət
orqanlarının Gürcüstanda sabitliyi pozmaq məqsədilə hazırladığı
ssenari ola bilər.
Qaçışın detalları
Baçiaşvili Gürcüstanda izlənildiyi dövrdə planlaşdırdığı qaçış
haqqında ətraflı danışır:
O, aylarla Kaxetidə səfərlər edərək izləyənləri bunun adi vərdiş
olduğuna inandırmışdı;
2 martda sürücüsünə və mühafizəçisinə Kaxetidə getmək istədiyini
deyib, lakin yolda avtomobildən düşərək jurnalistlə gizli görüşə
gedib;
Öz izini itirmək üçün mobil telefonunu avtomobildə qoyub;
İddialara görə, içində gizli bölməsi olan Toyota Camry markalı
maşınla Ermənistan sərhədinə gedib və oradan Qətərə uçub;
Hal-hazırda xaricdə olduğu bildirilir, lakin dəqiq yeri
təhlükəsizlik baxımından açıqlanmır.
Bidzina İvanişvili — Baçiaşvilinin gözü ilə
Baçiaşvili İvanişvilinin şəxsi xüsusiyyətlərini və maraqlarını belə
təsvir edir:
“
Əgər bir şeyi sahiblənməyibsə, onu sevə bilməz — bu, onun
dünyagörüşüdür,” — deyir o. Baçiaşvilinin sözlərinə görə,
İvanişvili nadir heyvanlar və nadir ağaclar toplayır, o cümlədən
zebr, tovuz quşu və yüzillik ağaclar. “Ağacları həyat enerjisinin
mənbəyi hesab edir.”
O bildirir ki, İvanişvili ölüm ideyası ilə bağlı obsesiyaya
malikdir və ölümsüzlük arzusu ilə yaşayır. Baçiaşvili onun kök
hüceyrə transplantasiyası da daxil olmaqla bir sıra eksperimental
prosedurlardan keçdiyini və voodoo-ya bənzər mistik praktikalarla
məşğul olduğunu qeyd edir.
Bu kontekstdə o, Rusiyalı şəfaçı kimi tanınan Yuliya Kruşanovanı
xatırladır. Onun sözlərinə görə, Kruşanova İvanişvili ilə birlikdə
yaşayır və Rusiya təhlükəsizlik xidmətinin əməkdaşı ilə evlidir.
İvanişvilinin vəkili isə bu iddiaları “absurd” adlandırır və
bildirir ki, onunla heç bir həkim yaşamır və heç bir “okkult”
prosedur aparılmır.
Sabiq baş nazirlərlə münasibət
Baçiaşvili həmçinin qeyd edir ki, İvanişvilinin Gürcüstanın
müxtəlif baş nazirləri ilə münasibəti “əsəbi rəhbər və itaətkar
işçi” modelinə bənzəyirdi.
The Guardian məqaləsinin başlığı: “Həbsxanada öləcəyimi bilirdim —
Gürcüstanın de-fakto liderinin sağ əli necə qaçqın oldu”.
Bu müsahibə Baçiaşvilinin ilk dəfə ictimai şəkildə sui-qəsd
hədələri və qaçış planı haqqında danışmasıdır. Lakin əsas vurğu
Bidzina İvanişvilinin siyasi, şəxsi və psixoloji portretinə yönəlib
— o, təkcə insanları və təbiəti deyil, hətta öz ölümünü də idarə
etmək istəyən bir fiqur kimi təqdim olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415