İvanişvili ABŞ səfiri ilə görüşdən imtina edib – görüş Rubionun xahişi ilə təyin olunmuşdu
ABŞ səfirliyinin yaydığı məlumata görə, Bidzina İvanişvili mayın 22-də dövlət katibi Marko Rubionun xahişi ilə planlaşdırılan səfir Robin Danniqan ilə görüşdən imtina edib.

Səfirliyin bəyanatında qeyd olunur ki, Danniqan bu görüş vasitəsilə İvanişviliyə Tramp administrasiyasının mesajını çatdırmaq və Gürcüstan hökumətinin ABŞ-la münasibətlərin yenilənməsi istiqamətində atmalı olduğu konkret addımları bir daha təqdim etmək istəyirdi.

“Bidzina İvanişvili səfir Danniqan

ilə görüşdən imtina etdi. Görüşdə Tramp administrasiyasının mesajını dinləməli idi. Ümid edirik ki, Gürcüstan hökuməti səmimi şəkildə ABŞ və Amerika xalqı ilə 33 illik tərəfdaşlıq və dostluğa qayıtmaq istəyir,
” – ABŞ səfirliyinin bəyanatında deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google