Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (ГУР)
məlumatına görə, Azərbaycanla artan gərginlik
fonunda Rusiya Ermənistanda hərbi iştirakını gücləndirir və Gümrüdə
yerləşən hərbi bazanın şəxsi heyətlə təcili şəkildə
komplektləşdirilməsini həyata keçirir.
Kəşfiyyat bildirir ki, Moskvanın məqsədi Cənubi Qafqaz ölkələrinə
qarşı hərbi və siyasi təzyiqin artırılmasıdır.
Bildirildiyinə görə, Gümrüdəki bazaya şəxsi heyət əsasən Rusiyanın
silahlı qüvvələrində xidmət edən
hərbçilərdən formalaşdırılır –
konkret olaraq Rostov və Volqoqrad vilayətlərindən, eləcə də
müvəqqəti işğal altında olan Krım ərazisindən.
“
Bundan əlavə, Rusiya könüllü axtarışlarını Qafqazın əsarət
altında olan xalqları arasında – xüsusilə Şimali Osetiya və
Adıgeydən olanlar arasında aparır”, – deyə qurumun
açıqlamasında qeyd olunur.
Qurum əlavə edir ki, Ukrayna hərbi kəşfiyyatı Rusiya qoşunlarının
həm ölkə daxilində, həm də xarici ərazilərdə hərəkətinə nəzarəti
davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415