“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze partiyanın
ofisində brifinq keçirib.
O, bir tərəfdən bələdiyyə seçkilərində iqtidar partiyasının
nəticələri barədə danışıb, digər tərəfdən isə Tbilisidə keçirilən
hökumət əleyhinə aksiyanı qiymətləndirib.
Kobaxidzenin sözlərinə görə, onların seçki qərargahlarının
məlumatına əsasən, “Gürcü Arzusu” bütün bələdiyyələrdə, o cümlədən
Tbilisidə, 70%-dən yüksək nəticə göstərib.
“Xalqın bu qədər yüksək etimadını çox qiymətləndiririk və bir daha
vəd veririk ki, bu etimadı doğrultmaq üçün əlimizdən gələni
edəcəyik,” – deyə Kobaxidze bildirib.
Aksiyaya gəlincə, o, bunu “adi partiya mitinqi” adlandırıb və qeyd
edib ki, “radikal müxalifətin bu toplanışı çox zəif görünür.”
Jurnalistin “əgər mitinqə çox az adam çıxıbsa, niyə bu qədər çox
polis qüvvəsi səfərbər edilib?” sualına Kobaxidze belə cavab
verib:
“Polis qüvvələri standart protokola əsasən səfərbər olunub.
Bildiyiniz kimi, son dörd il ərzində dörd dəfə inqilab cəhdi olub.
Hər dəfə 500–1000 nəfər arasında insan zorakılığa əl atırdı, buna
görə dövlət institutlarına hücumların qarşısını almaq üçün güc
strukturlarının müdaxiləsi tələb olunurdu. Bu dəfə də
hüquq-mühafizə orqanları eyni standart protokola əsasən hərəkət
edir və hər şey qanunvericiliyə uyğun şəkildə həyata
keçiriləcək.
Zorakılıq cəhdi olarsa, ona proporsional güc tətbiq olunacaq. Heç
vaxt ‘dağıtma’ halı olmayıb; əgər nəyəsə ‘dağıtma’ deyilə bilərsə,
o, mitinq iştirakçılarının polisə qarşı zorakılığı idi.
Hüquq-mühafizə orqanları toplaşmaları yalnız dövlət maraqlarını
qorumaq məqsədilə dağıdıb və bu dəfə də kim qanunu pozmağa cəhd
etsə, sərt, amma proporsional cavab alacaq,” – deyə Kobaxidze
bildirib.
Tbilisidə bələdiyyə seçkiləri ilə paralel keçirilən mitinqdə
iştirak edən vətəndaşlar bu seçkilərə etimad göstərmədiklərini,
onlarda iştirak etmədiklərini bəyan edir, siyasi məhbus sayılan
təxminən 60 nəfərin azadlığa buraxılmasını və yeni parlament
seçkilərinin keçirilməsini tələb edirlər.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.