Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı
memorandum imzalanıb.
“Azərenerji” ASC-dən bildirilib ki, ASC-nin prezidenti Baba Rzayev
dekabrın 18-də Azərbaycanda səfərdə olan “Gürcüstan Dövlət
Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili
ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan elektroenergetika
sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir
mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər arasında mövcud olan
müqavilə münasibətləri və 330 kilovoltluq ikidövrəli ötürücü
xəttinin inşası üzrə müzakirələr olub.