Gürcüstandan 69 milyon dollar dəyərində fındıq ixrac edilib
2021-ci il avqustun 1-dən dekabrın 5-dək Gürcüstandan 15,2 min ton fındıq ixrac edilib ki, onun da dəyəri 69,8 milyon ABŞ dolları təşkil edib.

Məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Nazirlikdən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən fındığın həcmi 3,6 min ton (31%), dəyəri isə 7,3 milyon ABŞ dolları (12%) artıb.

Gürcüstan fındığı əsasən Avropa İttifaqı bazarlarına ixrac olunub - İtaliya (6135 ton), Almaniya (2904 ton), İspaniya (446 ton), Çexiya (445 ton), Polşa (337 ton), Litva (284 ton), Fransa (239 ton), Bolqarıstan (132 ton), Yunanıstan (71 ton), Latviya (70 ton), Estoniya (60 ton), Belçika (41 ton), Macarıstan (22 ton) və Xorvatiya (20 ton).
Fındıq ixracatı davam edir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია