Tbilisidə bir nəfər 14-cü mərtəbədən yıxıldı, sağ qaldı
Bu gün, oktyabrın 30-da Tbilisidə Tsereteli prospektindəki yaşayış binalarından birinin 14-cü mərtəbəsindən 25 yaşındakı bir adam düşüb və sağ qalıb. Təcili tibbi yardım mərkəzindən məlumati “Netgazeti”yə təsdiqləyiblər.

Təcili tibbi yardım gənci Milli Cərrahiyə Mərkəzinə aparılmışdır. Onun bədəninə ləkələr var, amma o, özünü yaxşı hiss edir və həkimin suallarını düzgün cavablandırır.

“Netgazeti” Milli Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlayıb, lakin mərkəzdən heç bir məlumat verməyiblər. Bunadək isə Mərkəz “İnterpressnews”a məlumat verib və həmin məlumata görə, gənc pəncərənin kənarından ayağı sürüşüb və təsadüfən yıxılıb. Mərkəzin bildirdiyinə görə, gənc binanın altındakı qaraja yıxılmış və "puflar"ın üstünə düşmüşdür, güman ki, onun həyatını xilas edən də bu olmuşdur.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google