Evdar Xanımlar üçün 10 faydalı məsləhət
Evdar xanımlar üçün hazırladığımız 10 faydalı və maraqlı məlumatı təqdim edirik: Keks, tort, peçenye təzə qalıb köhnəlməsin deyə onların içərisində bir parça çörək qoyulmuş dəmir qutuda saxlamaq lazımdır. Belə vaxtda qutudakı çörəyi iki gündən bir dəyişdirib təzəsi ilə əvəz etməyi unutmayın.
* * *
Soğan iyi ətrafdakılara xoşagəlməz təsir bağışlayır.Yaranan qoxunun qarşısını almaq üçün soğan yeyəndən sonra süd içmək kifayətdir.
* * *

Balığı yuyarkən əvvəlcə üzərindən qaynar su töksəniz pullarını tamamı ilə asan şəkildə təmizləyə bilərsiniz.
* * *
Yağlı xəmir yoğurarkən ona heç vaxt süd əvəzinə su qatmayın. Əks təqdirdə belə xəmiri bişirəndə rəngi qaralar, dadsız olar.
* * *
Əti, tamam bişməyincə duzlamaq məsləhət görülmür. Çiy ətə duz vurduqda üstü qaysaqlanır, beləliklə ət quru olur və gec bişir.
* * *
Əgər piroq bişdikdən sonra tavaya yapışıb qopmursa, onu bir neçə dəqiqəliyə yaş əskinin üstündə saxlayın. Bəzən tort da bişdiyi tavadan qopmur. Belə vaxtda tavanı əvvəlcə soyudub sonra altını cəld isidin. Belə etsəniz, tort asanlıqla tavadan qopacaqdır.
* * *
Yanmasın deyə südü qaynadarkən əvvəlcə qazanı soyuq su ilə yuyun.
* * *
Süd qaynayanda çürüməsin deyə, südün içərisinə azca şəkər (hər litr südə bir çay qaşığı ) tökün.
* * *
Bəzən kartofun qabığını soyduqdan sonra müxtəlif səbəblər üzündən onu bişirmək lazım olmur. Belə vaxtda narahat olmayıb, soyulmuş kartofun üstünə un səpin. Soyulmuş kartofu unun içərisində saxlasanız o, qaralıb qurumaz.
* * *
Soyulub təmizlənmiş tərəvəzlərin vitaminləri itməsin deyə tərəvəzin üstünə soyuq su yox, isti su tökün.

Print ელ. ფოსტა
FaceBook Twitter Google