Tbilisidə, Vaja-Pşavela prospektində gecə
saatlarında bir nəfəri qətlə yetiriblər.
Daxili İşlər Nazirliyinin
məlumatına görə, hüquq mühafizəçiləri hadisə yerində qəsdən adam
öldürmə ittihamı ilə 25 yaşlı Q.X.-nı saxlayıblar. Təqsiri sübuta
yetirildiyi təqdirdə onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə
cəzası gözləyir.
Hüquq mühafizə orqanının verdiyi məlumata
görə, istintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhim müvəqqəti
yaşayış evində həmin ünvanda yaşayan mənzilin sahibi 1973-cü ildə
anadan olmuş S.A.-nı soyuq silahla ölümcül yaralayıb. Cinayətin
motivi və başqa təfərrüatların aydınlaşdırılması istiqamətində
intensiv araşdırmalar aparılır.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin
108-ci maddəsi ilə istintaq davam edir.