Gürcüstanda hava şəraiti bu gündən dəyişəcək
Gürcüstanda bu gündən havalar
pisləşəcək.
Ətraf Mühit Agentliyinin məlumatına görə,
Gürcüstanın bəzi bölgələrində güclü yağış və dolu yağacağı
gözlənilir.
Sinoptiklərin proqnozuna görə, güclü qərb küləyi əsəcək.
“16-18 aprel tarixində Gürcüstanda havalar pisləşəcək,
yağış yağacaq, bəzi yerlərdə güclü külək əsəcək, dolu
gözlənilir.
17-18 apreldə havanın temperaturu aşağı düşəcək, yüksək dağlıq
yerlərdə qar, dənizdə 3-4 bal gücündə fırtına gözlənilir. Gürcüstan
çaylarında suyun səviyyəsinin artması ehtimalı var”,
– Ətraf Mühit Agentliyinin məlumatında deyilir.