Gürcüstanda koronavirusa yoluxanların sayı 54 nəfərə çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 54 nəfərə çatdı.
Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanmış məlumata görə, 1966 nəfər karantində, 259 nəfər
isə stasionar nəzarət altındadır.
Qeyd edək ki, Gürcüstanda koronavirusdan bir nəfər sağalıb.