Fransa yaşı 100-dən çox olan əhalinin sayına görə digər Avropa
ölkələrini qabaqlayır.
Fransa Statistika idarəsinin məlumatına görə, hazırda ölkədə 30 min
belə fransız var. Beynəlxalq Fransız Radiosunun Statistika
İdarəsinə istinadən verdiyi məlumata görə, 1960-1975-ci illərdən
bəri Fransada 100 və daha yuxarı yaşlıların sayı təxminən 30 dəfə
artıb. Qeyd olunan yaş həddini keçənlərin əksəriyyətinin qadınlar
olduğu bildirilir.
Milli Statistika İnstitutunun (INSEE) proqnozlarına görə, 2070-ci
ildə yüz ildən çox yaşayanların sayı 600 minə çata bilər.
Məlumatda qeyd olunduğuna görə, uzunömürlülərin yarıdan bir qədər
çoxu qocalar evlərində yaşayır. Təxminən 33%-i tək, 4%-i həyat
yoldaşı ilə yaşayanlardır. 12%-i uşaqlarından biri ilə yaşayır.
Araşdırmada qeyd olunur ki, yaşı yüzdən yuxarı olan insanlar
arasında ali təhsillilərin faizi xeyli yüksəkdir.
Ümumilikdə yüzyaşlılar Fransa əhalisinin ümumi sayının cəmi
0,04%-ni təşkil edir.