Ukraynanın Korrupsiyaya Qarşı Ali Məhkəməsi "Energoatom"dakı
mənimsəmə işi üzrə keçmiş baş nazir müavini Aleksey Çernışovu 60
sutka həbsə məhkum
edib. Ona 51.6 milyon qrivna (təxminən 1.23 milyon dollar) girov
qarşılığında azadlığa çıxmaq imkanı verilib. Bu barədə
AzadlıqRadiosunun Ukrayna xidmətinin müxbiri məhkəmə zalından xəbər
verib. Çernışova bu iş üzrə qanunsuz varlanma ittihamı irəli
sürülüb.
Hakim ittiham tərəfinin vəsatətinin
qismən təmin olunduğunu
bildirib.
Çernışov məhkəmənin həbs qərarını "şok və absurd" adlandırıb,
şübhələrin əsassız olduğunu deyib.
İclasda prokurorluq təmsilçisi keçmiş məmurun 55 milyon qrivna (1.3
milyon dollar) girov qarşılığında həbs olunmasını xahiş edib.
İttihama görə, bu, Çernışovun mümkün qanunsuz varlandığı bildirilən
məbləğə bərabərdir.
NABU bildirib ki, detektivlər şübhəliyə və onun etibar etdiyi şəxsə
ümumilikdə 1.2 milyon ABŞ dollarından çox və təxminən 100 min avro
nağd pul verilməsi faktını azı üç epizod üzrə sənədləşdiriblər.
Sübutlar arasında vəsaitlərin verilməsinin detallarının müzakirə
olunduğu gizli dinləmə yazıları da var.
Prokuror onu da deyib ki, "Professor" ləqəbli fiqurantlardan
birinin Çernışovun həyat yoldaşı Svetlana olduğu ehtimal
edilir.
İttihamları rədd edir
Çernışovun vəkilləri və özü ittihamları rədd edirlər. Keçmiş baş
nazir müavini deyib ki, "Energoatom"la heç bir əlaqəsi olmayıb,
istintaqın ona qanunsuz yolla əldə edilmiş pulun verilməsini sübut
edən dəlilləri yoxdur.
Çernışov məhkəmədə bildirib ki, istintaq materiallarında adı keçən
digər fiqurantları tanımır. O, həmçinin SAPO və NABU əməkdaşlarının
ona aid etdikləri "Çe Qevara" ləqəbi barədə heç nə bilmədiyini
deyib. Ancaq etiraf edib ki, lent yazılarındakı səs onunkuna
bənzəyir.
Keçmiş məmur istintaqın "pulyuma məkanı" adlandırdığı ofisdə
olduğunu təsdiqləyib. İttihama görə, Çernışov məhz orada pul alıb.
O isə iddia edir ki, həmin yerə intellektual klub görüşünə
gedib.
Təqsirli bilinsə, Çernışovu 5 ildən 10 ilədək azadlıqdan məhrum
etmə və 3 il müddətinə vəzifə tutma qadağası gözləyir.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin
operatoru "Energoatom" şirkətində genişmiqyaslı mənimsəmə sxeminin
aşkarlandığını bildirir. NABU-nun məlumatına görə, bu sxem
vasitəsilə 100 milyon dollar leqallaşdırılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.