Z-bloqerlər yazırlar ki, Rusiya Silahlı Qüvvələri Kupyansk
ərazisində qalan son mövqelərə də nəzarəti itirmək üzrədir.
Bu məqama "Agentstvo" diqqət yetirib.
"Rybar" Telegram kanalının yazdığına görə, Rusiya hərbçiləri Oskol
çayının qərb sahilindəki əraziyə nəzarəti itiriblər. Bu Z-kanalın
müəllifləri əlavə ediblər ki, Kupyanskda vəziyyət "ağırdan da
betədir".
"Rybar" döyüş xəritəsini də yayıb. Şəhərin böyük hissəsinin
Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğu görünür. Ötən
cümə günü – dekabrın 19-da şəhərin şimal hissəsi Rusiyanın
nəzarətində idi. Kanal müəllifləri bunu "uğurların sistemli
şişirdilməsi, yuxarı instansiyalara yanlış məlumatların ötürülməsi"
ilə izah ediblər: "Vəziyyətlə bağlı yuxarıya göndərilən yanlış
hesabatlar ucbatından Kupyanskda "gərəksiz" sayılan ehtiyatlar
digər istiqamətlərə köçürüldü".
"Dva mayora" adlı Z-kanalı qeyd edib ki, Kupyanskın alınması haqda
yanlış məlumatlar həmin istiqamətdən ehtiyat qüvvələrin
çıxarılmasına, nəticədə hərbçilərin faktiki tutduqları mövqelərdə
belə möhkəmlənə bilməməsinə səbəb olub.
Digər Z-kanal – "Voyennı obozrevatel" yazır ki, "gələcəkdə
Kupyanskın artıq üçüncü dəfə "azad edilməsi"ni gözləmək olar". İlk
dəfə bu barədə noyabrın 20-də prezident Vladimir Putinə məlumat
verilib, dekabrın əvvəlində isə o özü şəhərin artıq bir həftədir
Rusiya hərbçilərinin nəzarətində olduğunu bəyan edib.
Amma dekabrın 12-də Ukrayna prezidenti Volodimir Zelenski Kupyanska
səfər edib. Dekabrın 19-da "Birbaşa xətt" adlı mətbuat konfransında
Putin Ukrayna liderinin görüntülərini "saxta" adlandırıb, şəhərin
yenə də Rusiyanın nəzarətində olduğunu bildirib.
ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri şəhərin böyük
hissəsinə nəzarət edir.
Ukrayna Müdafiə Nazirliyinə yaxın "DeepState" layihəsi Kupyansk
ətrafındakı xəritəsini dekabrın 12-dən yeniləməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.