Tailandda uşaq evinə silahlı hücumda ölənlərin sayı 36-ya çatıb
Tailandda uşaq bağçasına hücum nəticəsində 20-dən çox uşaq həlak
olub
Tailandın şimal-şərqində silahlı şəxs tərəfindən 22-si uşaq olmaqla
36 nəfər öldürülüb. Utaisawan Na Klanq rayonunda tapança ilə
silahlanmış şəxs uşaq bağçasına hücum edib.
Taylandın Təhqiqat Bürosu hücum edənin cinayəti törətdikdən sonra
intihar edən keçmiş polis məmuru olması ilə bağlı daha əvvəl
mediada yayılan xəbərləri təsdiqləyib.
İstintaqın məlumatına görə, 34 yaşlı kişi arvadını və uşağını
öldürüb. Faciə ilə bağlı daha heç nə məlum deyil.