Rusiyanın Primorsk diyarının Nadejda rayonunda "MiQ-31" qırıcı
təyyarəsi qəzaya uğrayıb.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə yerli fövqəladə hallar
xidməti məlumat yayıb.
Bildirilib ki, hər iki pilot katapult edib.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Rusiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, qırıcı təyyarə
təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumatda uçuşun silah-sursatsız həyata keçirildiyi, təyyarəyə
ziyan dəymədiyi də qeyd olunub.