Türkiyənin İstanbul şəhərində Eyübsultan rayonunda tramvayla
sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda insan
yaralanıb.
Məlumatı “Haberturk” yayıb.
Bildirilib ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan
rayonunun Alibeyköy meydanında baş verib.
Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis
əməkdaşları və xilasedicilər cəlb olunub.