"Türkiyə üçün humanitar yardım göndərən insanlardan
ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş
edirik".
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.
"Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran
səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı
virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu
addımı atırıq" - , diplomatik nümayəndəlikdən
bildirilib.