İran azərbaycanlı ravvini öldürmək üçün Gürcüstan vətəndaşı Aqil
Aslanovu kirayələyib
"The Washington Post"-un məlumatına görə, 2024-cü ilin payızında
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin
nümayəndələri Aqil Aslanovla görüşüblər və onu qətlin təşkil
edilməsi üçün işə götürüblər.
Nəşr yazır ki, “Qüds” qüvvələri ona ravvin Şenor Seqalın
qətlinə və təhsil mərkəzinə hücuma görə 200 min dollar
vəd
ediblər.
Aslanov Azərbaycanda yaşayan bir vətəndaşla əlaqə saxlayıb və
ravvini izləməyə başlayıb. Qətlin planlaşdırılması prosesi
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aşkar edilib və
nəticədə Aslanovla onun yerli əməkdaşı 2024-cü ilin yanvar ayında
saxlanılıblar.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasında deyilir
ki, Aslanov dini icma üzvü barədə məlumat toplamaqla məşğul olub və
müvafiq mobil telefon tətbiqi vasitəsilə onun yaşadığı, işlədiyi
yer haqqında məlumatı xarici xüsusi xidmət orqanının nümayəndəsinə
göndərib.
Məmbə:
Realpolitic