"Amnesty International" təşkilatının son hesabatına görə, İran
dünyada illik edam sayına görə ikinci yerdə
qalmağa davam edir. Edamların sayı 2020-ci ildən bəri davamlı
şəkildə artıb, əsas səbəb isə narkotiklə bağlı cinayətlərdir.
Fəallar iddia edirlər ki, İran İslam Respublikası ölüm cəzasından
həm də fərqli düşüncələri susdurmaq və siyasi müxalifəti boğmaq
aləti kimi istifadə edir.
"Amnesty International" bildirir
ki, İranda edamlar 2024-cü ildə
son illərin ən yüksək səviyyəsinə çatıb, azı 972 nəfərin edamı
qeydə alınıb. Bu artım dünyada ölüm cəzasının icrasındakı ümumi
yüksəlişə də təsir edib. İran, İraq və Səudiyyə Ərəbistanındakı
edamlar birlikdə ötən il qeydə alınan edamların 91 faizini təşkil
edib.
"Amnesty International"ın baş katibi Anyes Kallamar bildirib ki,
İran və Səudiyyə Ərəbistanı ölüm cəzasından hakimiyyətə etiraz
etmək üçün "kifayət qədər cəsarəti olanları susdurmaq üçün"
istifadə edir. O, edamların kəskin artmasına səbəb olan əsas
amillərdən biri kimi narkotiklə bağlı cinayətləri də xüsusi
vurğulayıb.
Hüquq-müdafiə təşkilatları bildirirlər ki, İranın ədliyyə sistemi
şəffaflığın və hüquqi prosedurların ciddi çatışmazlığı ilə
xarakterizə olunur.
Edam olunanların çoxu beynəlxalq hüquq normalarına uyğun gəlməyən
məhkəmə proseslərində məhkum edilir. Bu proseslərdə məcburi
etiraflar, vəkilə çıxış imkanının məhdudlaşdırılması və "Allaha
düşmənçilik" kimi qeyri-müəyyən ittihamlardan geniş istifadə
olunur.
"Amnesty International"ın sözçüsü və insan haqları üzrə hüquqşünas
Raha Bahreyni bildirib ki, İranda gerçək edam sayı rəsmi
rəqəmlərdən xeyli yüksək ola bilər. O, AzadlıqRadiosunun "Fərda"
xidmətinə deyib ki, İran hökumətin şəffaf olmadığı üçün "Amnesty
International"ın edamlarla bağlı məlumatları, əsasən, insan
hüquqlarının pozulmasını izləyən monitorinq qruplarının
sənədləşdirilmiş hesabatlarına əsaslanır.
"İran İslam Respublikasının hakimiyyət orqanları ölüm hökmündən
terror və qorxu mühiti yaratmaq üçün bir vasitə kimi istifadə
edirlər", - Bahreyni əlavə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415