Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız
rejimin ləğvi
haqqında qətnaməni təsdiqləyib. Bu barədə "Delfi" xəbər portalı
məlumat yayıb.
Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və
diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı
yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. İndi bu
şəxslər və onların ailə üzvləri qısamüddətli səfər zamanı Litvaya
vizasız gedə bilməyəcək, onlar həmçinin uzunmüddətli vizaların
verilməsi üçün sadələşdirilmiş prosedurdan istifadə etmək hüququnu
da itirəcəklər.
Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və
diplomatları üçün vizasız rejimi ləğv edib. "Diplomatik və xidməti
pasportlara malik şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq
ictimaiyyətin, o cümlədən Aİ-nin sadə vətəndaşlara, etirazçılara və
jurnalistlərə qarşı repressiyaları, polisin cəzasız qalmasını və
hakim "Gürcü arzusu" partiyasının susqunluğunu qəbul etmədiyini
göstərən növbəti addımdır", - Estoniyanın xarici işlər
naziri Marqus Tsahkna deyib.
Litva, Latviya və Estoniya Gürcüstanın 2024-cü ildə Avropaya
inteqrasiyadan imtina etməsi ilə bağlı kütləvi etirazlar fonunda
ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib.
Xüsusilə, oliqarx, Rusiyayönlü "Gürcü arzusu" partiyasının qurucusu
Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin
ölkəyə girişi qadağan ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415