Ermənistanın müxalifət liderləri xəbərdarlıq edirlər ki, İranla
İsrail arasında dərinləşən münaqişənin fonunda
Azərbaycanın Ermənistanın suveren ərazisinə hücum riski artır.
Onlar baş nazir Nikol Paşinyanı Təhlükəsizlik Şurasının təcili
iclasını keçirməyə çağırırlar.
Parlamentdəki müxalif “Şərəfim var” (Pativ Unem) fraksiyasının
lideri Hayk Mamijanyan Azərbaycanın İsraillə sıx hərbi
əməkdaşlığına diqqət çəkərək bildirib:
“
Əgər regionda genişmiqyaslı hərbi münaqişə başlayarsa,
Azərbaycan bu fürsətdən istifadə edərək Ermənistana qarşı növbəti
aqressiyaya başlaya bilər.”
Erməni İnqilabi Federasiyası — “Daşnaksütyun” partiyasının
rəhbərlərindən Geqam Manukyan isə qeyd edib:
“
Bu gərgin şəraitdə Azərbaycanın və həmçinin Türkiyənin
ritorikası ciddi təhlükə yaradır.”
Manukyanın sözlərinə görə, İsrailin hərbi əməliyyatları ilə paralel
olaraq, Naxçıvanda Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri
keçirilir. 16 iyunda bu məsələyə “Daşnaksütyun”un digər lideri
İşxan Saqatelyan da münasibət bildirib.
“Azərbaycanın mümkün hücumunun qarşısını almaq üçün bu
hakimiyyətin yetkililəri lazımi tədbirlər görüb? Mən buna əmin
deyiləm,” – deyə Saqatelyan jurnalistlərə bildirib.
Müxalifətin çağırışlarına baxmayaraq, baş nazir Nikol Paşinyan
Praqaya səfərindən imtina etməyib və beynəlxalq konfransda iştirak
edir.
Həmin tədbirdə – Paşinyanın da iştirak etdiyi konfransda –
Azərbaycanın prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət
Hacıyev bir daha “Zəngəzur dəhlizinin zəruriliyindən” danışıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə
bildirib ki, İrəvanın Azərbaycanın mümkün hücumuna dair heç bir
məlumatı yoxdur.
Həmin gün Ermənistan İsrailin İrana qarşı hərbi əməliyyatlarını
qınayıb və tərəfləri dərhal atəşkəsə çağırıb.
Qriqoryan deyib:
“Baş verənlər təkcə İran və Yaxın Şərq üçün yox, Ermənistan üçün də
təhlükə yaradır. Bu, İranın ərazi bütövlüyünün pozulmasıdır və
regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Ümid
edirik ki, bu məsələ mümkün qədər tez dinc yolla həll
olunacaq.”
Logistika və ticarət sahəsində çətinliklər
“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, İran
ərazisindən Ermənistana yük daşınmasında problemlər yaranıb. İran
Gürcüstanla birlikdə Ermənistana dünyanın quru yolu ilə bağlandığı
əsas marşrutlardan biridir.
İran Ermənistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır – Rusiya,
Çin və Birləşmiş Ərəb Əmirliklərindən sonra. 2024-cü ildə
Ermənistanla İran arasındakı ticarət dövriyyəsi 730 milyon ABŞ
dolları təşkil edib. Ermənistan İrandan əsasən yanacaq, tikinti
materialları və metal ərintiləri idxal edir.
İqtisadçı Suren Parsyan bildirib:
“Hazırda Ermənistan nəqliyyat və logistika sahəsində kifayət qədər
narahatedici problemlərlə üzləşir.” Onun sözlərinə görə, bu
problemlər Gürcüstan-Rusiya sərhədində də müşahidə olunur və
Rusiyaya daşınan yüklərə təsir edir.
İsrail-İran hərbi toqquşması
İsrail 13 iyunda İranın hərbi məqsədli obyektlərinə qarşı hərbi
əməliyyata başlayıb. İsrail iddia edir ki, bu obyektlərdə Tehran
nüvə silahı hazırlayır və bu, İsrailin mövcudluğuna təhdiddir.
Cavab olaraq, İran İsrailə raketlər və pilotsuz uçuş aparatları ilə
hücum edib.
İsrail Baş nazirinin ofisinin yaydığı məlumata görə, 16 iyun səhəri
üçün İsraildə 24 nəfər həlak olub, 592 nəfər yaralanıb.
İsrail Müdafiə Ordusunun açıqlamasına əsasən, İran dörd gün ərzində
İsrailə 370 ballistik raket və yüzlərlə dronla hücum edib. Onların
böyük əksəriyyəti havada zərərsizləşdirilib, lakin bir neçə şəhərdə
dağıntılar qeydə alınıb.
İranın Səhiyyə Nazirliyi isə bildirib ki, İsrailin hava hücumları
nəticəsində 224 nəfər ölüb, 1481 nəfər yaralanıb. Tehranın verdiyi
məlumata görə, ölənlərin əksəriyyəti mülki vətəndaşlardır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415