“Avqustun 8-də Vaşinqtonda baş verəcək hadisə Cənubi Qafqazın
geopolitik vəziyyətini tamamilə dəyişdirəcək və bu,
Prezident İlham Əliyevin böyük şəxsi siyasi və diplomatik
uğurudur”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış
azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus Ağ Evdə Prezident Donald
Trampın Azərbaycan və Ermənistan liderləri ilə birgə görüşünü,
imzalanacaq sülh sənədlərinin əhəmiyyətini şərh edərkən deyib.
O
bildirib ki, İlham Əliyev yalnız müharibədə qələbə qazanmaqla
kifayətlənməyib, Azərbaycan torpaqlarının ərazi bütövlüyünü və
suverenliyini bərpa edib, həmçinin sülh gündəliyini
müəyyənləşdirərək Ermənistanı Azərbaycanın bütün şərtlərini qəbul
etməyə məcbur edib.
Ramiz Yunus vurğulayıb ki, 2024-cü ilin noyabrında - ABŞ prezident
seçkilərindən üç ay əvvəl Şuşada keçirilən Qlobal Media Forumunda
Prezident İlham Əliyev onun sualına verdiyi cavabda böyük
uzaqgörənlik və cəsarət nümayiş etdirib. O deyib:
“Prezident Əliyev cavabında diplomatik dildə Donald Trampın
namizədliyini dəstəklədi və bu, böyük cəsarət tələb edən addım
idi”.
Ramiz Yunus bildirdi ki, bundan sonra baş verən hadisələr İlham
Əliyevin düzgün strategiya seçdiyini təsdiqlədi və bu gün Trampın
ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə və iki lider arasında
münasibətlər inkişaf üçün yeni imkanlar açdı. Azərbaycan və ABŞ
münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur və əməkdaşlıq
strateji tərəfdaşlıq istiqamətində inkişaf edir.
“Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə
Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji tərəfdaşlıq
haqqında Xartiyanın inkişafı üçün Strateji İşçi Qrupun yaradılması
haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu memorandum üç əsas
istiqaməti əhatə edir: regionlararası əlaqələr (energetika, ticarət
və tranzit daxil olmaqla), iqtisadi investisiyalar (süni intellekt
və rəqəmsal infrastruktur da daxil olmaqla) və təhlükəsizlik
sahəsində əməkdaşlıq (müdafiə təchizatı və terrorizmlə
mübarizə)”.
“Planlaşdırılan Strateji İşçi Qrup regional əlaqələri
gücləndirməklə yanaşı, enerji sektoruna investisiyaların
artırılmasına və ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən süni
intellekt sahəsində tərəfdaşlığın inkişafına çalışacaq. Bu, ABŞ
texnologiyalarının və investisiyalarının ölkəmizə gəlişi və
iqtisadi aktivliyin artması deməkdir”, - təhlilçi
vurğulayıb
Ekspert bildirir ki, səfərin vacib nəticəsi olaraq ABŞ Prezidenti
Tramp “907-ci düzəlişin dayandırılması haqqında” sənədi imzalayıb.
Ramiz Yunus xatırladır: “1992-ci ildə ABŞ Konqresi Ermənistanın
işğalına görə Azərbaycan üçün dövlət yardımlarını qadağan edən
907-ci düzəlişi qəbul etmişdi. Bayden-Blinken administrasiyası
Əfqanıstandakı əməliyyatlardan sonra 907-ci düzəlişi yenidən tətbiq
etməyə çalışdı, amma bu, regiondakı siyasətində fiasko ilə
nəticələndi”.
Ramiz Yunus sülh prosesinə toxunaraq bildirdi ki, Vaşinqtonda
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol
Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ortaq
bəyannamənin imzalanması gözlənilir.
“Azərbaycan sülh müqaviləsi üçün iki əsas şərt irəli sürüb:
Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan
Konstitusiyasına dəyişikliklər. İmzalanacaq ortaq bəyannamədə bu
müraciətin təsdiqlənməsi gözlənilir”, - o əlavə edib.
Ramiz Yunus qeyd edir ki, Bəyannamədə həmçinin sülh müqaviləsinin
imzalanması və ratifikasiyası üçün zəruri addımların atılması
vurğulanacaq. “Mətnin paraf edilməsi artıq razılaşdırılmış
müddəaların dəyişməzliyinə zəmanət verir”, - təhlilçi
vurğulayıb.
Ramiz Yunus dedi ki, İlham Əliyevin müharibədən sonra dəfələrlə
vurğuladığı Bakı və Naxçıvan arasında maneəsiz quru əlaqənin
yaradılması tələbini Ermənistan da qəbul edir: “Bəyannamədə
Zəngəzur dəhlizinin açılması təsbit olunacaq və ABŞ Prezidenti
Tramp bunun təminatçısı olacaq”.
O əlavə etdi ki, Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər
Nazirliklərinin sülh müqaviləsi mətnini paraf etməsi də
planlaşdırılır: “Paraf mərhələsi sülh müqaviləsinin imzası deyil,
lakin mühüm irəliləyişdir. Yekun sülh müqaviləsi Ermənistanın
2026-cı ildə referendum keçirərək konstitusiyaya dəyişiklik
etməsindən sonra imzalanacaq”.
“Bu proses Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizin
bütün strateji məqsədlərinə çatdığını göstərir. 2020-ci ilin Vətən
müharibəsində Azərbaycan torpaqlarını azad etdi, Ermənistan
kapitulyasiya aktını imzaladı, ortaq bəyannamə isə növbəti
qələbəmizdir”, R.Yunus qeyd edib.
Siyasi təhlilçi əlavə etdi ki, bu tarixi hadisə həm də Fransa
Prezidenti Makronun, bəzi fransız deputatlarının, Avropa
Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human
Rights Watch”, erməni lobbi və ANCA-nın Azərbaycanofobiyasının
məğlubiyyətidir.
Ramiz Yunus sonda vurğulayıb: “Vaşinqtonda baş verəcək hadisə
Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin
Nobel Sülh Mükafatına layiq görülməsi üçün kifayət qədər əsasdır.
Böyük filosof Platonun dediyi kimi, “Hər bir hikmətin əsası
səbirdir”. İlham Əliyev və Azərbaycan xalqı bunu bu gün Vaşinqtonda
tam nümayiş etdirir”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415