Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı
ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi
Qafqazda
uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının
yekunlarına dair brifinqdə bildirib.
O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni
işğalından azad edilməsi ilə regionun
inkişafında yeni mərhələ
başlayıb.
Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan
qaldırılmasını da alqışlayıb.
“Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan
Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman
Azərbaycanın yanında olacağını vurğuladım”, - deyə dövlət
başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla bugünkü söhbətində
bu mövzunu müzakirə etdiyini əlavə edib.
Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin formalaşması
ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid
məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq
ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir.
Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik
naminə mübarizəni davam etdirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415