Ukrayna Prezidenti: Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə zərbə qəsdən endirilib
Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən zərbə endirilib. Bu, bizim münasibətlərimizə və enerji müstəqilliyimizə vurulan zərbədir.

O qeyd edib: “Bu, Rusiyanın tamamilə nümayişkaranə və sinik zərbəsi idi. Onlar bilirlər ki, bu gün Vaşinqtonda müharibəyə son qoymaq üçün görüş olacaq. Biz Prezident Trampla əsas məsələləri danışacağıq. Söhbətdə Ukrayna ilə birlikdə Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya,

Aİ və NATO liderləri iştirak edəcəklər.


Hər kəs layiqli sülh və həqiqi təhlükəsizlik istəyir. Məhz bu dəqiqələrdə ruslar Xarkovu, Zaporojyeni, Sumı vilayətini, Odessanı, yaşayış binalarını, mülki infrastrukturu vururlar.

Bunlar rusların qəsdən törətdiyi qətllər, uşaqların öldürülməsidir. Hazırda Xarkova pilotsuz uçuş aparatları ilə zərbələr endirilməsi nəticəsində yeddi nəfərin öldüyü, onların ən kiçiyinin bir yaş yarımlıq qız olduğu, onlarla insanın, o cümlədən uşaqların yaralandığı bilinir.

Zaporojye şəhərinə endirilən raket zərbələri nəticəsində 20 nəfər yaralanıb, 3 nəfər ölüb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Zelenski qeyd edib ki, Rusiya hərbi maşını hər şeyə rəğmən insanları qətlə yetirməkdə davam edir: “Putin Ukraynaya, Avropaya təzyiq göstərmək və diplomatik səyləri ələ salmaq üçün nümayişkaranə şəkildə öldürəcək. Ona görə də biz qətllərin dayandırılması üçün kömək gözləyirik. Məhz bu səbəbdən etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyac var. Məhz buna görə Rusiya bu müharibədən ötrü heç bir güzəşt almamalıdır. Müharibəyə son qoyulmalıdır. “Dayan” sözünü məhz Moskva eşitməlidir”, –deyə Volodimir Zelenski vurğulayıb.


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Azərbaycan Odessa Rusiya
FaceBook Twitter Google