ABŞ Dövlət Departamenti Azərbaycanla bu ölkə arasında bu il
avqustun 8-də imzalanmış Anlaşma Memorandumunun mətni
açıqlayıb.
Sənəddə qeyd edilir ki, Anlaşma Memorandumunun məqsədi iştirakçılar
arasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində
hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasıdır.
Bildirildiyinə görə, iştirakçılar Strateji İşçi Qrupunda üç sahəyə
diqqət yönəltmək niyyətindədirlər:
-
Enerji, ticarət və tranzit daxil olmaqla regional
bağlantılar
- Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi
sərmayələr
- Silah satışı və terrorizmlə mübarizə daxil olmaqla təhlükəsizlik
sahəsində əməkdaşlıq.
Memorandum imzalandığı tarixdən qüvvəyə minir və bir il qüvvədə
qalmalıdır. O, iştirakçıların qarşılıqlı yazılı razılığı ilə
uzadıla bilər. Hər bir tərəf istənilən vaxt bu Memorandumda
iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf qarşı tərəfə
diplomatik kanallar vasitəsilə 60 gün əvvəlcədən yazılı qaydada
bildiriş verməlidir.
Həmçinin qeyd edildiyinə görə, iştirakçılar qarşılıqlı yazılı
qərarla bu Memorandumu dəyişdirilə bilərlər.
Əlavə edilir ki, Memorandum beynəlxalq və daxili qanunvericilik
üzrə heç bir hüquq və öhdəlik yaratmır. Tərəflərdən heç birinin
üzərinə maliyyə öhdəliyi qoymur.
Elə bu gün, avqustun 29-da Yerevan da ABŞ-la imzaladığı Anlaşma
Memorandumunun mətnini yayıb.
Bu ayın birinci 10 günlüyündə Azərbaycan və Ermənistan liderləri
ABŞ-da səfərdə olublar.
Avqustun 8-də həmin memorandumlardan əlavə, Vaşinqtonda
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də
paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan
keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz
əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin
Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını
qoruyub saxlayacağı bildirilir.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu
işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə
birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları
aparılırdı.
Mətnin
sadə və qeyri-rəsmi Azərbaycan dilinə
tərcüməsi
ANLAŞMA MEMORANDUMU
ABŞ Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında
ABŞ və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun
yaradılmasına dair
ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti (bundan sonra
birlikdə “Tərəflər” adlandırılacaq),
Aşağıdakı anlaşmalara gəliblər:
I. Məqsəd
Bu Anlaşma Memorandumunun (bundan sonra “Memorandum” və ya “MOU”)
məqsədi Strateji İşçi Qrupunun yaradılmasıdır. İşçi qrupunun
vəzifəsi 6 ay müddətində Tərəflər arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanmasıdır. Bu Xartiya Tərəflər arasında strateji
əlaqələrin gücləndirilməsinə yönəlik olacaq.
Tərəflər aşağıdakı üç əsas istiqamətdə fəaliyyət göstərməyi
planlaşdırırlar:
Regional əlaqəlilik – enerji, ticarət və tranzit sahələri daxil
olmaqla;
İqtisadi investisiya – süni intellekt və rəqəmsal infrastruktur da
daxil olmaqla;
Təhlükəsizlik sahəsində əməkdaşlıq – müdafiə satışları və
terrorizmə qarşı əməkdaşlıq daxil olmaqla.
II. Əməkdaşlıq Sahələri
Tərəflər aşağıdakı sahələr də daxil olmaqla bir sıra istiqamətlərdə
əməkdaşlıq etməyi nəzərdə tutur:
Enerji investisiyalarının genişləndirilməsi və regional əlaqəlilik
infrastrukturunun inkişafı;
Müdafiə və terrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi;
Regional iqtisadi və ticarət əməkdaşlığının irəlilədilməsi;
Süni intellekt sahəsində tərəfdaşlığın və rəqəmsal infrastruktur
investisiyalarının inkişaf etdirilməsi.
III. Ümumi Qaydalar
1. Müddət
Bu Memorandum Tərəflər tərəfindən imzalandığı tarixdən qüvvəyə
minir və bir (1) il müddətində qüvvədə qalır. Memorandum,
Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında uzadıla bilər. Hər
bir Tərəf, istənilən vaxt bu Memorandum çərçivəsində iştirakını
dayandıra bilər. İştirakını dayandırmaq istəyən Tərəf, digər Tərəfə
60 (altmış) gün əvvəl diplomatik kanallar vasitəsilə yazılı
bildiriş təqdim etməlidir.
2. Layihələrin Davamlılığı
Tərəflərin başqa qərarı olmadıqda, bu Memorandumun qüvvədən
düşməsi, onun çərçivəsində artıq başlanılmış və tamamlanmamış
layihələrə və fəaliyyətlərə təsir göstərmir.
3. Dəyişikliklər
Tərəflər bu Memorandumu yalnız qarşılıqlı yazılı razılıq əsasında
dəyişdirə bilərlər.
4. Memorandumun Hüquqi Təsiri
Bu Memorandum heç bir beynəlxalq və ya daxili hüquqi öhdəlik
yaratmır. Tərəflər açıq şəkildə təsdiqləyirlər ki, bu Memorandum
maliyyə öhdəliyi hesab edilmir. Hər bir Tərəf özünəməxsus
missiyasını, səlahiyyətlərini və maliyyə məsuliyyətini
saxlayır.
Bu Memorandum çərçivəsində nəzərdə tutulan əməkdaşlıq hüquqi
tərəfdaşlıq və ya digər hüquqi şəxsiyyətin yaradılması kimi şərh
edilmir. Hər bir Tərəf, bu Memorandumla bağlı çəkdiyi bütün
xərcləri öz üzərinə götürür.
Tərəflər bu Memorandumu, tərəflər arasında əvvəllər mövcud olmuş və
ya gələcəkdə bağlanacaq digər sazişlərə mane olmadan həyata
keçirməyi planlaşdırırlar. Bu Memorandum heç bir eksklüziv
əməkdaşlıq münasibəti yaratmır.
Bu Memorandum 8 avqust 2025-ci il tarixində, Vaşinqton şəhərində
ingilis dilində hazırlanmış iki orijinal nüsxədə imzalanmışdır.
ABŞ Hökuməti adından Azərbaycan Respublikası Hökuməti
adından
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.