Azərbaycan və Ermənistan liderləri Çinlə strateji tərəfdaşlığı vurğulayıb, terminologiya ilə bağlı fikir ayrılığı qalır
1 sentyabrda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan həm Çinlə strateji tərəfdaşlığın inkişafını, həm də 8 avqustda əldə olunmuş razılaşmanın əhəmiyyətini vurğulayıblar.
Hər iki lider “Orta Dəhliz”in imkanlarının genişlənməsində ölkələrinin rolunun artmasına diqqət çəkib.

Lakin Paşinyan sammitdə Əliyevin “Zəngəzur dəhlizi” ifadəsindən istifadəsinə etiraz edib

və bildirib ki, Azərbaycan Prezidenti Vaşinqton razılaşmasının terminologiyasına sadiq qalmalı, razılaşdırılmış anlayışlardan kənara çıxmamalıdır.

İlham Əliyevin bəyanatları

Prezident Əliyev, cari ildə Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanatın imzalanmasını iki ölkə münasibətlərində “yeni bir fəsil” adlandırıb:

“Cari ildə Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.”

Azərbaycan lideri, həmçinin, Çin rəhbəri tərəfindən irəli sürülmüş qlobal təşəbbüsləri dəstəklədiyini vurğulayıb:

“Azərbaycan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Bundan başqa, Çin Xalq Respublikasının Prezidenti tərəfindən irəli sürülən Qlobal İdarəetmə Təşəbbüsünü də alqışlayırıq.”

Əliyev əlavə edib ki, Azərbaycan “Bir Kəmər – Bir Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub.

Azərbaycanın tranzit rolu və Orta Dəhliz

Sammitdə çıxışında Əliyev Azərbaycanın Eurasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi olduğunu vurğulayıb:

“Azərbaycan Euraziyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdiririk və müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi nəqliyyat perspektivləri açıb.”

Prezident bildirib ki, Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının illik yükötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır:

“Orta Dəhliz etibarlı və təhlükəsiz marşrutdur, Çin, Mərkəzi Asiya və Avropanı Azərbaycan üzərindən birləşdirir. 2022-ci ildən bəri bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təxminən 90% artıb. Yüklərin daşınma müddəti isə əhəmiyyətli dərəcədə azalıb.”

“Zəngəzur dəhlizi” və Ermənistanla razılaşmalar

Prezident Əliyev bildirib ki, Ermənistanla əldə olunmuş son razılaşmalar Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirib və beynəlxalq tranzit imkanlarının genişləndirilməsi üçün yeni şərait yaradıb.

“Əminəm ki, Zəngəzur dəhlizi tezliklə Orta Dəhlizin və Şimal-Cənub dəhlizinin mühüm hissələrindən birinə çevriləcək. Bu, regionda sülhə, çoxşaxəli tərəfdaşlığa və qonşularımızla iqtisadi əməkdaşlığa xidmət edəcək.”

Nikol Paşinyanın mövqeyi

Ermənistan Baş naziri Nikol Paşinyan sammitdə vurğulayıb ki, Vaşinqton razılaşması çərçivəsində tərəflər terminologiya barədə razılığa gəliblər və bu razılaşdırılmış ifadələrdən kənara çıxmaq konstruktiv atmosferi zədələyə bilər:

“Liderlər tərəfindən imzalanmış bəyanat müəyyən terminologiya barədə razılaşmanı da əhatə edir. Mən hesab edirəm ki, bu, gələcəkdə səmərəli əməkdaşlıq üçün vacibdir.”

Paşinyan, həmçinin, bildirib ki, Ermənistan və ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı yeni layihə üzrə əməkdaşlıq barədə memorandum imzalanıb və bu təşəbbüs Ermənistanın “Sülh Yolu” layihəsi çərçivəsində həyata keçiriləcək.

Çinlə strateji tərəfdaşlıq

Paşinyan çıxışında, Əliyev kimi, Çinlə strateji tərəfdaşlıq barədə də danışıb:

“Bu sammit Ermənistan-Çin münasibətləri üçün tarixi əhəmiyyət daşıyır. Prezident Si Cinpinlə birgə strateji tərəfdaşlıq səviyyəsinə çatdığımızı təsdiq edən bəyanat imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızı daha da gücləndirəcək.”

Sammit və ŞƏT haqqında məlumat

31 avqustda Çinin Tianjin şəhərində başlayan ŞƏT sammiti iki gün davam edəcək. Sammitdə 20-dən çox ölkənin liderləri iştirak edir və əsas müzakirə mövzuları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ticarət məsələləridir.

ŞƏT 2001-ci ildə təsis olunub. Təsisçi üzvlər: Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan.
2017-ci ildə təşkilata Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus qoşulub.
Hazırda təşkilatın 14 dialoq tərəfdaşı var, o cümlədən: Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, BƏƏ və Küveyt.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
თეგები: Azərbaycan Ermənistan
FaceBook Twitter Google