12-ci sinif şagirdləri üçün sərbəst iştirak etmə ləğv olunub
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən ümumi təhsil haqqında qanunda irəli sürülən dəyişikliklər əsasında ictimai məktəblərdə attestat imtahanları ləğv olundu.

Bundan dolayı 2018-2019-cu tədris ilində 12-ci sinif şagirdləri üçün sərbəst iştirak etmək rejimi qüvvədə olmayacaq və onlar üçün tədris ili 20 may tarixindı başa çatacaq.

“Bu il yekun sinif şagirdləri üçün 30% və daha artıq dərsdə iştirak etməməyə görə eksternat imtahlarına qeydiyyat dövrü 21-22 mayda, imtahan dövrü isə 23 maydan 31 maya qədər müəyyən edilib.

Eksternat imtahanlar üçün şagirdlərin qeydiyyatı ictimai məktəblər tərəfindən elektron həyata keçiriləcək. Eksternat imtahanları isə məlum olduğu kimi milli tədirs planına əsasən, əgər baza-orta pillələrdə şagird tədris ili ərzində konkret fənn saatının 30% və daha artığında iştirak etməyibsə o yalnız eksternat imtahanını verməsi əsasında dəyərləndirilir.

Xatırladaq ki, sərbəst iştirak təcrübəsi 2012-2013-cü tədris ilindən qüvvədə idi. Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi tərəfindən müəyyən edilmiş qrafikə əsasən məktəb buraxılış imtahanları tədris ili başa çatan kimi başlayırdı. Həddindən artıq dərsdə iştirak etməmək qeydi olan şagirdlərin eksternat qaydası ilə qiymətləndirilməsi prosesi bu vaxta qədər başa çatmalı olurdu. Məhz buna görə nazirliyin qərarına əsasən 12-ci siniflər üçün hər il, sərbəst iştirak etmək rejimi tədris ili başa çatmamışdan bir ay əvvəl başa çatdırılırdı və bu dördə onların iştirak etmədikləri dərs saatları artıq toplanmış saatların sayına əlavə olunmurdu”
– Təhsil Nazirliyinin bəyanatında deyilir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: განათლება
FaceBook Twitter Google