İlk müəlliminizi xatırlayırsınız? -Bu gün Gürcüstanda müəllimlərin peşə bayramı qeyd olunur
Nina Mixaylovna - Marneuli 6 saylı ictimai məktəbinin ibtidai sinif müəlliməsidir. O, Marneulidə birdən çox nəsil yetişdirib.

İlk müəlliminizi xatırlayırsınız? Məktəbdən ilk və ən yadda qalan müəlliminiz haqqında şərhlərdə fikirlərinizi qeyd edin. Bu gün "Beynəlxalq Müəllimlər Günüdür".


1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google