Ulduz falı: hüquqlarınız məhdudlaşa bilər
Qoç - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın. Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.


Buğa - daha yaxşı işləməlisiniz. İstirahət və əyləncə ilə bağlı fikirlərin zamanı deyil. Laqeyd olmasanız, süst davranmasanız, uğurlu gündür.
Tərəfdaşlarınızı diqqətlə dinləyin. Günün ikinci yarısında yaxşı məsləhət və ya son vaxtlar sizi narahat edən suala cavab ala bilərsiniz. Fəaliyyət sahəsində yaranmış çətinlikləri çözmək üçün axşam saatlarınadək aktiv olun, şansları dəyərləndirin.


Əkizlər - günün ilk yarısında perspektivləriniz pis deyil. Ciddi işlərə başlaya bilərsiniz. Qəfil problem yaranarsa, təlaşa qapılmayın. Bir qədər fəal olun, şəraitdən maraqlarınızın təminatı üçün istifadə edin. Hadisələr indi formalaşma mərhələsindədir. Laqeyd mövqe tutmayın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq, sizi əndişələndirən məsələni müzakirə etmək olar.


Xərçəng - tərəfdaşlıq, kollektiv fəaliyyət xüsusi aktuallıq kəsb edəcək. Anlaşmalar və müqavilələr pis alınmayacaq. Münasibətlərdə ciddi olsanız, pozitiv nəticələr əldə edəcəksiniz. Yaxın ətrafınızdakı insanlara işlərinizə kobud müdaxilə etməyə imkan verməyin.
Günün ikinci yarısında işlərinizin nəticəsindən bəhrələnməyi bacarın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə varmayın. 


Şir - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.
Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.


Qız - çətin olsa da, maraqlı gündür. Bir dəqiqə də vaxt itirməyin. Ciddi layihə ilə yanaşı, fərdi maraqlarınızın təminatı üçün əla gündür.
Əvvəllər yaranmış anlaşılmazlıqları asanlıqla çözmək olar. Maliyyə problemlərini müzakirə edin. Təmirə, tikintiyə başlamaq olar. Praktiki işlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında şəxsi münasibətlərdə stabillik və harmoniya müşahidə olunacaq. 


Tərəzi - önəm verdiyiniz istiqamətdə ciddi irəliləyişə nail ola bilərisniz. Təmir, məişət və kompüter texnikasının alınması üçün yaxşı zamandır. Qonaqların qəbulunu ertələyin. Gözləntiləriniz doğrulmayacaq, tərif eşitməyəcəksiniz. Günün ikinci yarısında eyni vaxtda bir neçə işdə əhəmiyyətli dəyişikliklər olacaq. Deməli, yeniliklər mərhələsinə qədəm qoyursunuz. Yaxın ətrafınızdakı insanlarla təmaslarda xırdaçı, sərt olmayın.


Əqrəb - səfər və ya səyahət üçün münasib zamandır. Yeni informasiya, faydalı məlumatlar əldə etməyə çalışın. Bilik və bacarıqlarınızı artırın. İlkin təəssüratlara aldanmayın. Yaxın ətrafınızdakı insanlar sizi yalnız özünü düşünən insan kimi tanımamalıdır. Vədlərə əməl edin.
Dəyər verdiyiniz insanların problemləri ilə maraqlanın.


Oxatan - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin.
Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır. Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin.


Oğlaq - duruma tam nəzarət edin. Ətrafınızdakı insanlarla təmaslarda səmimi, qayğıkeş olun. Onları narahat edən məsələlərlə maraqlanın. Zərurət yaranarsa, dəyər verdiyiniz insanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün gərəkli addımları atın. Günün ikinci yarısında tənqidlərə fikir verin, amma bildiyiniz kimi davranın. Önəmli məsələ ilə bağlı fəaliyyəti yarımçıq qoymayın. Şərik və ya tərəfdaşın razılığını alandan sonra məqsədləri dəqiqləşdirin.


Dolça - hüquqlarınız məhdudlaşa bilər. Maraqlarınızın tapdanmasına imkan verməyin. Başqalarının görəcəyi işi sizə həvalə etmək istəyənlərə mane olun. Münasibətlər güzəştlər, qurban və qayğı tələb edir. Təmirə və ya fəaliyyət sahəsində nizamlanma işlərinə başlamaq olar.


Balıqlar - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google