Ulduz falı: Diqqətli olsanız, ətrafınızdakı insanların sizə münasibətini anlayacaqsınız
Qoç
- aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün
məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi
metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma
can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də,
soyuqqanlı və təmkinli olun.
Buğa - ən çətin problemləri özünüz yaradacaqsınız. Yerdə qalan
müşküllərə çox fikir verməyin.
Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətin deyil. Sadəcə, siz
buna can atmırsınız. Başqasının fikrinə laqeyd yanaşmayın.
Ətrafınızdakı insanların mövqelərini nəzərə alın.
Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza
qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda
olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da,
əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.
Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və
ağır təsir bağışlasa da, narahat olmayın.
Xərçəng - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.
Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran
problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə
edəcəksiniz. İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə
təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz
neqativ reaksiya yaratmasın.
Şir - başqalarının bacarmadığı işə başlayaraq müsbət nəticə əldə
edə bilərsiniz.
İşi görəndən sonra soyuqqanlı olun. Əks təqdirdə yeni tapşırıq
alacaqsınız. Yardıma ehtiyacı olanlar sizə üz tuturlar.
Başqalarının problemləri ilə məşğul olaraq bütün vaxtınızı bu işə
ayırsanız, öz müşküllərinizin çözülməsinə zaman qalmayacaq.
Qız - geniş dünyagörüşü və zəngin təxəyyülünüz çətin məsələlərin
həlli, sədlərin dəf edilməsində dadınıza çatacaq.
Böyük uğurlara nail olmağınız bədxahlarınızın neqativ reaksiyasına
səbəb olacaq, onlardakı paxıllıq yanğısını daha da gücləndirəcək.
Haqqınızda axmaq şayiələr yayılacaq, dedi-qodu obyekti
olacaqsınız.
Tərəzi - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət
bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.
Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.
Yaranmış problemləri həll etmək üçün hadisə yerində
olmalısınız.
İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə
qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə
sərt danışmağınız istisna deyil.
Əqrəb - bu gün dəf edə bilməyəcəyiniz səd, aşmayacağınız maneə
yoxdur. Təxəyyül və bacarıqlarınız sərhəd tanımır. Enerjiniz də az
deyil. Məhz bu səbəbdən də qarşınıza qoyduğunuz məqsədə çata
bilərsiniz. Yeni tanışlıqlar yaranır. Bu gün başlayacaq
münasibətlər uzunmüddətli olmasa da, müsbət emosiyalar bəxş
edəcək.
Oxatan - çətinliklər qarşısında geri çəkilməyin, ruhdan
düşməyin.
Sədlər və maneələri qətiyyətlə dəf edin. İşdə ciddi uğurlar əldə
etmək şansı var. Gözlənilməz işgüzar təklif istisna deyil. Həmin
təklifi qəbul etsəniz, potensialınızı tam miqyasda reallaşdıra
bilərsiniz.
Oğlaq - səhər saatları genişmiqyaslı layihə çərçivəsində çalışmaq,
mürəkkəb məsələləri həll etmək üçün əlverişli zamandır.
Özünüzə və potensialınıza güvənsəniz, çətin vəziyyətlərdən çıxış
yolu tapacaqsınız. Yardım çağırışınızı dostlar eşidəcəklər.
Günün ikinci yarısı romantik təmaslar və şəxsi münasibətlərdə
irəliləyiş üçün əlverişlidir.
Dolça - mühüm qərarların qəbul edilməsi üçün əlverişli gün
deyil.
Emosiyaların təsiri altına düşsəniz, soyuqqanlı davranaraq məntiqli
qərarlar qəbul edə bilməyəcəksiniz. Problemlərinizi yaxın
ətrafınızdakı, inandığınız insanlarla bölüşün. Yaxşı məsləhət ala
bilərsiniz.
Balıqlar - hər şey istədiyiniz kimi, hətta daha yaxşı ola bilər.
Gözlənilməz işgüzar təklif ala bilərsiniz. Gəlir də istisna
deyil.
Yeni işə başlamaq və ya biznesə start vermək üçün əlverişli
zamandır.
Yaradıcılıq potensialı yüksəkdir. Yaxşı ideyalar da qıt
deyil.