Ulduz falı: Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşəcək də
Qoç
- Günün ilk yarısında üzləşdiyiniz problemin həllində bütün mümkün
vasitələrdən istifadə edin. Rəqiblər sizin zəifliyinizi gözləyir,
yeni məkrli plan qururlar. Mümkün qədər diqqətli olun. Hüquqi
məsələlərin çözülməsində maraqlarınızın tam təminatına çalışın.
Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli
perspektivləri nəzərə alın. Yeni layihənin startını bir müddətə
təxirə salın.
Buğa - Maliyyə məsələlərini tələsik həll etməyin. Tərəfdaş və
şəriklərlə qarşılıqlı münasibətlərdə diqqətli olun, maraqların
təsirini unutmayın. Xoşagəlməz situasiya, pul itkiləri və yalan
istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə
etmək olar. Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma
endirin.
Əkizlər - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr
üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız
tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının
əldən verdikləri şanslardan siz yararlanın. Günün ikinci yarısında
maraqlı tanışlıq olacaq. Müzakirə və danışıqlar uğur vəd edir.
Yaxınlarınızın qayğısına qalın, onların maraqlarını düşünün. Axşam
saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş
etdirin.
Xərçəng - Tələskənliyin, vurnuxmanın çox olduğu bir gündür. İşlər
həddən artıq çoxdur. Aktiv təmasda olun, məktublara və mesajlara
cavab verin. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə
sinirlənərək itkilərə yol verə bilərsiniz. Günün ikinci yarısında
iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən
keçirin. Emosiyalarınıza nəzarət edin. Stresdən qurtulmaq üçün
sakit yer arayın.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Şir - Adi, yeknəsək, rutin iş sizi darıxdırmasın. Belə məsələlərə
başdansovdu yanaşsanız, sonradan ağır fəsadlara səbəb olacaq
prosesə təkan verəcəksiniz. Yaradıcı fəaliyyətlə məşğulsunuzsa,
ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini
görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil. Romantik
macəralar aramayın. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə
malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə
xoş əhval-ruhiyyə yaradacaq.
Qız - Günün ilk yarısından etibarən planlarınızı həyata keçirməyə
başlayın. Kiçik gecikmələr və təxirəsalmaların öhdəsindən gələ
bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Qətiyyətli,
iradəli olun. Fiziki əmək, ağır iş olarsa, çəkinməyin. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yaşam arealında rekonstruksiya işlərinə
başlamaq olar. Yaxınlarınızla, xüsusilə də yaşlı qohumlarla
ünsiyyətdə huşyar olun. Kobudluq etməyin. Axşam saatlarında köhnə
dostlarla bir araya gəlmək olar.
Tərəzi - Günün ilk yarısında işlərdə uğurlar olacaq. Ünsiyyətdə
aktiv olsanız, kollektivdəki mövqeləriniz daha güclü və səbatlı
olacaq. Karyera inkişafı, gəlirlərin artımı istisna deyil.
Şayiələrə qatılmayın, boş söhbətlərin iştirakçısı olmayın. Günün
ikinci yarısında yaxınlarınız və dostlarla təmaslarda harmoniyaya
nail olun. Axşam saatlarında sakitliyə, rəvan duruma ehtiyacınız
var. Əyləncəyə vaxt ayırmaq olar.
Əqrəb - İşgüzarlığı artırın. Praktik olun. Yaxşı ideyalar
yaranacaq. Bəzi maliyyə problemlərini həll etmək şansları yaranıb.
Məlumat, bilik və informasiya ilə bağlı layihə gəlir verə bilər.
Ambisiyalarınız da artacaq. Potensialınızdan, bacardığınızdan artıq
işlərə başlamayın. Günün ikinci yarısında təşəxxüsünüzün qurbanı
olmayın. Yaxınlarınız və dəyər verdiyiniz insanlarla kəskin
mübahisələr etməyin. Münasibətləri korlamayın. Ailə büdcəsi ilə
bağlı fikir ayrılıqları dartışmaya çevrilməməlidir.
Oxatan - Yaşam tonusunuzun səviyyəsi yüksələcək. İntellektual
fəaliyyət üçün əlverişli zamandır. Bilik və informasiyanızı
artırın. Maliyyə əməliyyatları aparanda diqqətli olun. Qısa səfərə
çıxmaq olar. Yaradıcılıq və intellektual prosesin detallarına fikir
verin. Onlara yardım etməyə çalışın. İllüziyalara qapılaraq kobud
səhvlərə yol verməyin. Axşam saatlarında normal istirahət etməyə
can atın.
Oğlaq - Yaradıcılıqla məşğulsunuzsa, əlverişli gündür.
İntuisiyanıza güvənin. Çətin problemlərin həllini aktivləşdirmək
üçün yeni ideyaya ehtiyac var. Rutin və yeknəsək metodlar işlək
deyil. Ünsiyyətdə problemlər olmayacaq. Günün ikinci yarısında
başqaları ilə manipulyasiya etməyin. Dəyər verdiyiniz insanların
mövqelərini nəzərə alın. Onların sözlərini qulaqardına vurmayın.
Daxili nizamı qorumağa çalışın. Paxıllıq etməyin, özünüzü "ən zəif
bənd" saymayın.
Dolça - Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşəcək də. Aqressiv,
qıcıqlı olmayın. Kiçik iradlara sərt reaksiya verməyin. Özünüzü ələ
alın. İntizamlı, soyuqqandı, təmkinli olun. Günün ikinci yarısında
mənasız işlərə vaxt ayırmayın. Yeni tanışlıqlar məsləhət deyil.
Axşam saatlarını dostlarınızla keçirin. Şayiələrə, dedi-qodulara
qatılmayın. Ailə qayğılarını qulaqardına vurmayın.
Balıqlar - Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, təvazökar
olun. Yaxın ətrafınızdakı insanların fikirlərini və mövqelərini
nəzərə alın. Kommunikativ bacarıqlarınız yüksək olmalıdır. Yeni
əlaqələrin yaradılması, habelə kollektivdəki mövqelərinizin
möhkəmlənməsi üçün əlverişli zamandır.
Səbatlı davranmağa çalışın.