29 aprel üçün ulduz falı
29
Aprel 2019-cu il, Ulduz falı. Müzakirələrin intensivliyini
azaldın
Qoç - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar
aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin.
İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra
ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala
bilər.
Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı
kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə
ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.
Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.
Buğa - mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar.
Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat
dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə
genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.
Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara
qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.
Ailə üzvlərinin qayğısına qalın.
Əkizlər - günün ilk yarısında aktiv olmağa çalışın. Bilik və
bacarıqlarınızdan yararlanın. Geniş proqram çərçivəsində fəaliyyət
göstərin. Erudisiyanızı işə salın.
Günün ikinci yarısında yazışmalarda önəmli məqamları diqqətdən
qaçırmayın. Başa çatdırılımamış işləri tamamlamaq asan deyil. Axşam
saatlarına yaxın işgüzar görüşdə mövqelərinizdən geri çəkilməyin.
Soyuqqanlı davranın, amma laqeyd olmayın.
Adi müşahidəçi mövqeyi tutmayın, olayları dəqiq qiymətləndirin.
Xərçəng - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq
aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf
məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın,
başqasının qurduğu situasiyaya düşməyin.
Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı
məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz
yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran
məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük
dayağınızdır.
Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.
Şir - yaxın ətrafınızdakı insanlarla münasibətləri
gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə
çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə
irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.
Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli
informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz
insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və
hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş
olun.
Axşam saatlarında evdən uzağa yollanmayın.
Qız - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma
onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə
girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə
problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.
Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi
onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq
səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən
yaxşı vaxt günortadan sonradır.
Başladığınız işi yarımçıq qoymayın.
Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin
təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə
düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil.
Problemin həllində davranışınız xüsusi rol oynayır.
Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək
istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı
görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam
saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi
tədbirlərin təşkili üçün yaxşıdır.
Əqrəb - fikir mübadiləsi aparın, əlavə məlumatlar əldə edin.
Unutmayın ki, bu gün ünsiyyət çox zaman və qüvvə tələb edəcək.
İşlədiyiniz yerdə rəhbərliklə açıq danışıq üçün münasib zaman
deyil. Sərmayə və maliyyə məsələlərində impulsiv qərarlar
verməyin.
Günün ikinci yarısında etiraflar ola bilər. İşgüzar mübahisələrdə
emosiyalarınıza hakim olun. Eqoist və xudpəsənd insan təsiri
bağışlamayın. Nəzarət zəif olarsa, yanlış qərarın fəsadı böyüyə
bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı uğurlu zamandır. Yaranan şanslardan tam
istifadə edin. İnformasiya və ya kommunikasiyalar sahəsində
çalışırsınızsa, rəqiblərin aktivləşəcəklərini bilin. Evdən uzaqda
olarkən diqqətli davranın.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Özünüzü sərt
çərçivələrlə məhdudlaşdırmayın. Çətinliklərin öhdəsindən gəlmək
üçün sınanmış metodlar və vasitələrdən istifadə edin.
Axşam saatlarında normal istirahəti seçin.
Oğlaq - günün ilk yarısında təşəbbüsləri minimuma endirin. Sizə xas
olmayan rolda çıxış etməyin. Bundan sonra ağır problemlər yarada
biləcək addımlar atmayın. Aktiv olun. Amma qarşı tərəfin xoşuna
gəlməyəcək sözləri söyləməzdən əvvəl düşünün. Götür-qoy edin.
Günün ikinci yarısında mövqelərinizi və baxışlarınızı müdafiə edin.
Ehtiyatlı olun. İşgüzar təmaslarda emosional qərarlar verməyin.
Yerinə yetirə bilməyəcəyiniz işlə bağlı öhdəliklərə boyun
olmayın.
Dolça - günün ilk yarısında diskussiyalar olacaq. Müzakirələrin
intensivliyini azaldın. Mövqelərinizi qorumaq üçün ekstremal
variantlardan istifadə etməyin. Rəqiblərinizin sayı artacaq. Onları
üstələmək çətinləşəcək.
Günün ikinci yarısında formal irəliləyişə aludə olmayın. Prinsipial
məsələlərdə mövqeyinizdə qalın. Yaranan problemlərin həll yolları
var. Real arqumentləri olmadığından ucuz effektlərə üstünlük verən
insanlara aldanmayın.
Sayıq olun.
Balıqlar - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq
çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az
olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət
tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə
vaxtınız ola.