Bu gün ulduz falınız nələr vəd edir?
10 May 2019-cu il, Ulduz falı. Ev işləri üçün yaxşı gündür

Qoç - Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq. Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əldaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.


Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər. Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz.


Əkizlər - Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin. İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi heyrətləndirə bilər. Günün hadisləri və axarı sizi hələlik təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.


Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri anlamağınız gərəkdir.
Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri "partlayış"lıdır. Emosiyalarınıza nəzarət edin. Mühüm hadisələr bu gün inkişaf edəcək. 


Şir - Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın. Təmaslar nə qədər çox olarsa, bir o qədər çox sinirlənəcəksiniz.
Yaşananlara da sakit, soyuqqanlı yanaşın. Problemləri qeyri-standart şəkildə həll etmək olar. Təkliflər, informasiya çoxdur. Bu gün mühüm seçim günüdür.


Qız - Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi dəyişikliklərə səbəb ola bilər. Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz olmasa belə, bunu reallaşdırın.
Qəfil informasiya, görüş və ya problem fərqli davranmağınızı şərtləndirə bilər. İntuisiyanızın verdiyi siqnalları qulaqardına vurmayın.


Tərəzi - Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin. Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional davrananlar tapılır. Günün lüzumsuz gərginlik olmadan keçməsi üçün yaşananları həyatınıza müxtəliflik gətirə biləcək olaylar kimi dəyərləndirin. Hər şeyin plan üzrə getməsinə can atmayın.


Əqrəb - Çətin və ağır gündür. Səhhətinizi qoruyun, həddən ziyadə çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı olacaqsınız. Belə situasiyada hansısa itkilər verə bilərsiniz, amma qüvvələrinizi qoruyun. Yeni mərhələnin başlanğıcıdır. Məqsədə doğru qısa yolu düşünməyin.


Oxatan - İşlərə yaradıcı yanaşma, sürətli və virtuoz davranış tələb olunur. Yerdəyişmələri bir qədər məhdudlaşdırın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik müşahidə oluna bilər.
Karmik düyünlər peyda olur, önəmli əlaqələrin mənasını fərqli agah edən hadisələr yaşanır. Qərarların qəbulunda tərəddüd etməyin. Emosiyalar çox, arqumentlər azdır.


Oğlaq - Yaşamınızda qəfil hadisələrə hazır olun. Uzaqdan gələcək xəbər planlarınızda qəfil dəyişikliklərə səbəb ola bilər.
Yaxınlarınız sizdən qayğı və diqqət tələb edirlər. Onların nəzərinə çatdırın ki, münasibətlərin aydınlaşdırılması təxirə salınır. Gərəkli hesab etdiyiniz işlərlə məşğul olmaq niyyətindəsiniz.
Şərait mövqelərin aktiv izharını çətinləşdirib. Bu səbəbdən də mühüm açıqlamanı və yaxud yeni işə başlamağı hələlik təxirə salın.


Dolça - Yaxın ətrafınızdakı insanlarla təmasların həddən ziyadə olmasından usana bilərsiniz. Tək qalmaq, müstəqil şəkildə işləmək istəyirsiniz. Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar dəyişəcək, yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq. Yeni dostlar tapmaq və ya romantik maraqlarınızı təmin etmək üçün internetdən də yararlana bilərsiniz.
İntellektual çalışın, məlumatların mübadiləsi, maraqlandığınız predmetin müstəqil axtarışı ilə məşğul olun. 


Balıqlar - Fiziki tonusunuz və şəxsi təhlükəsizliyinizin təminatı ilə məşğul olun. Həyat sizə problemlər və əvvəl yol verdiyiniz səhvlərinin bəzilərinin təkrarını hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə uymayın.
Səliqəli olun. Stabillik və rahatlıq olmayacaq.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google