13 may üçün ulduz falı
13
May 2019-cu il, Ulduz falı. Diqqətli olun, maraqlarınızı müdafiə
edin
Qoç - İşiniz üçün faydalı ola biləcək informasiya və ya məlumat
axtarmağa başlayın. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar
tərəfdaşla görüş üçün əlverişli zamandır. Xəbərlər arasında sizi
narahat, nigaran edəcək məqam ola bilər.
Bəzi planlardan imtina edərək ehtiyat variantı reallaşdırmağa
başlayın. Səfər və səyahət, dostlarla görüş üçün əlverişli
vaxtdır.
Gərgin situasiyalarda sözdən işə keçin, nigarançılığı dağıdın,
suallarınıza birmənalı cavab alın.
Müəyyən illüziyalardan qurtulmağınız istisna deyil. Yeni məqsədlər
tapın.
Buğa - Çətin, mürəkkəb, gərgin gündür. Lakin bütün diqqətinizi işə
yönəldərək boş söhbətlərə və dedi-qodulara vaxt ayırmasınız, yaxşı
nəticələrə nail ola bilərsiniz. İntrovert olmayın, fikirləriniz
bitkin forma alsın, gələcəklə bağlı planlar qurun. İşgüzar
toplantılara qatılın, problemləri həll etməyə çalışın, yazışmalarda
diqqətli olun. Uzaqda yaşayan insanlardan biri sizə sürpriz xəbər
yollaya bilər.
Ev işləri, ailə tədbirləri, alış-veriş üçün xeyirli vaxtdır. Lakin
bədxərc olmayın.
Əkizlər - Təlimata, qaydaya və düzənə riayət edin. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən ağırlığa rəğmən,
hadisələrdən tam narazı qalmayın. İndi situasiyada müsbət
dəyişikliklər etmək imkanı var. Günün maraqlarını nəzərə alın. Eyni
zamanda perspektivi unutmayın, danışıqlar aparın, faydalı ola
biləcək detalları unutmayın. Rəhbərliklə önəmli söhbət olmalıdırsa,
qətiyyətli olun, maraqlarınızı qoruyun. Səfər, birgə fəaliyyət,
məlumatın təhlili, tədbirlərə hazırlıq baxımından əlverişli gündür.
Tərəf-müqabillik münasibətləri çərçivəsində qarşılıqlı fəaliyyətin
çərçivələrini genişləndirməyin yollarını düşünmək olar.
Xərçəng - Yaşamınızda yeni intriqa peyda olur, gərginlik artır.
Bütün ziddiyyətlərin sülh yolu ilə həll olunacağını düşünməyin.
Sizi mübahisə və qəfil problemin aradan qaldırılmasına yönəlmiş
təcili iş gözləyir.
Əks tərəfdəki şəxs sizə qalib gəlmək üçün yasaq metod və çirkin
fəndlərdən istifadə edə bilər. Çətin olsa da, səbrli və soyuqqanlı
davranın, müdrik olun. Təsir edə bilmədiyiniz şərtlərin
təfərrüatları bəlli olacaq. Çətin situasiyada güzəştə getməkdə
qəbahət yoxdur. Qalmaqala meylli insanlardan uzaqda durun. Tək
çalışmağınız məsləhətdir. Pozitiv dəyişikliklər tərəfdaşlar,
onların ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər. Onların
qərarları ilk əvvəldən əsl avantüra təsiri bağışlasa da, etiraz
etməyin.
Şir - Bəzi emosiyalarınızı pərdələyin, rasional davranın. Yaxın
ətrafınızdakı insanları müşahidə edin. Tərəfdaş və ya həmkarınızın
maraqları, problemlərini düşünsəniz, yaxşıdır. İnandığınız insanın
təşəbbüsünü qəbul edərək hadisələrin axın məcrasına müdaxilə
etməyin. Təkliflər və yeni imkanları nəzərdən keçirməyə dəyər.
Münasibətlər etibarlı deyilsə, istənilən xırdalıq səbr kasasını
dolduracaq son damla təsiri bağışlaya bilər. Etibarlı və dayanıqlı
müstəvi aradığınız yerdə xəyanətlə qarşılaşa bilərsiniz.
Şəxsi və maddi maraqlarınıza bilavasitə təsir etməyəcək işlərlə
məşğul olsanız, daha yaxşıdır.
Qız - Yaxın ətrafınızdakı insanların maraqlarına və mənafelərinə
sayğı ilə yanaşın. Aqressiv və kobud davranmayın. Münaqişə
yaranarsa, onu dərhal həll etməyə çalışın. Kollektiv fəaliyyətə
üstünlük verin. Yaradıcılıq və romantik hisslər müstəvisində
irəliləyiş ola bilər. İş yerində qayda yaradın. İşlərinizin çox
olması sizdə stres yaratmasın. Nevroz situsiya bəzi işlərin
yarımçıq qalmasına səbəb ola bilər. Yüksək enerji dalğasında
müəyyən işi çox sürətlə görərək başa vurmaq, həmin işə tərəfdaşı da
cəlb etmək imkanı var. İstənilən situasiya və şərtdən maksimum
fayda əldə etməyin yollarını düşünün.
Tərəzi - Yaxın ətrafınızdakı insanların hər biri öz "zirvə"sini
fəth etməyə çalışdığı vaxtda siz işlərinizi aramla, təmkinlə,
düşünülmüş şəkildə görün. Tələsməyin, emosional olmayın. Bəzi
gecikmələr və qarışıqlığa rəğmən, işgüzar və digər maraqların sizi
yaxınlaşdırdığı insnalarla təmaslar ilginc olacaq. Romantik
münasibətlərdə bu gün məntiq az, iddialar və tələblər çox olacaq.
Gərgin anda ehtiyatlı və soyuqqanlı olun, münasibətləri
aydınlaşdırmağa çalışmayın.
Hisslərinizi özünüz gərə bilərsiniz.
Əqrəb - Səhər saatlarından etibarən çoxsaylı xəbərlər və təmaslar
olacaq. Dərindən həllini tələb edən situasiya yaranarsa, həmin
müstəvidə nizama və qaydaya nail olun. Hadisələr istiqamətini və
emosional fonunu dəyişsə də, mühüm işlərin siyahısı dəyişməz
qalır.
Axşam saatlarında önəmli xəbər alacaqsınız. O xəbər sizi yeni
informasiya aramağa vadar edəcək.
İşdəki perspektivləriniz, maddi durumunuz barədə düşünün. Hətta ən
cazibədar təklifə müsbət cavab verməyə tələsməyin.
Oxatan - qəfil hadisələrə hazır olun. Yeniliklər yaşanacaq.
Qətiyyətli və əzmli davranın, problem yaranarsa, onu dərhal çözməyə
başlayın. Bütün işləri ideal görməyə çalışmayın. Başladığınız işi
səliqəli görün və səhih nəticəyə nail olun. Prosesin özündən həzz
alın. Çalışarkən başqalarının çoxsaylı məsləhətlərinə qulaq asın,
amma optimal hesab etdiyiniz variantdan kənara çıxmayın.
Axşam saatlarında istirahət edin. İnternetdə vaxt keçirmək,
yazışmaq olar. Yeni filmə də baxa bilərsiniz.
Oğlaq - Hadisələr aktiv formalaşma mərhələsindədir. Kənarda qalaraq
müşahidəçi mövqeyi tutmayın, konkret nəticələrə can atın.
İşdə diqqətli olun, təlimatlara və intizama riayət edin. Günün
ikinci yarısına yaxın şərtlər planları dəyişə bilər. Dəyişikliklər
və yeniliklər fonunda özünüz üçün optimal perspektivi
müəyyənləşdirin. Sabah başlayacağınız işə indidən hazırlıq görün.
Heç bir önəmli məqamı buraxmayın, mövqelərinizi gücləndirin. Şəxsi
münasibətlər müstəvisində qayğı, həssaslıq və diqqət tələb
olunur.
Hisslərdə gərginlik hiss olunursa, münasibətləri ayırd etməyə can
atmayın. Bu, münaqişəyə səbəb olacaq.
Dolça - Gərgin gündr. Diqqətli olun, maraqlarınızı müdafiə edin,
mənafelərinizi qoruyun. İşlərinizə və yaşamınıza müdaxilə cəhdləri
olacaq. Kreativ bacarığınız yüksək səviyyədə olsun. Hərəkət və
qərarlarınız təmkinli, dəqiq olsun. Sürəkli gərginlik mürəkkəb
situasiyalarda enerji itkisinə səbəb ola bilər. Ehtiyac olmadan
risk etməyin. Situasiyanı dərhal normallaşdırmaq gərəkdirsə,
yaxınlarınızı və dostlarınızı, yaxud da ailə üzvlərinizi yardıma
çağırın. Xeyli vaxtdan bəri reallaşdırmağa hazırlaşdığınız layihəni
indi gerçəkləşdirməyə başlayın. Unutmayın ki, köməkçiyə ehtiyacınız
var.
Balıqlar - Planlar çoxdur, lakin görüləcək işlərin həcmini və
tapşırıqlarla tələblərin sayını müəyyənləşdirmək gərəkdir.Ən mühüm
işlə kifayətlənin. Fikriniz dağılmasın, bir işi yarımçıq qoyub,
başqa işə başlamayın. Tərəfdaşlarınız da fəaliyyət sahəsini
genişləndirməkdə qərarlıdırlar. İşin böyük hissəsini onların
görməsinə imkan yaradın. Dəstək verin, amma özünüzü çox
yormayın.
Günün ikinci yarısında işlərin çox olması yorğunluq, halsızlıq, iş
qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər.Əlavə işə
başlasınız, yaxın günlərdə həddən artıq yorğun
dolaşacaqsınız.