Arterial təzyiqi aşağı salan 7 ədviyyat
İnsanın rasionuna daxil olan ərzaq məhsulları
arterial təzyiqin göstəricilərinə əhəmiyyətli dərəcədə təsir
edir.
Bu göstəricilərin azaldılmasına gətirib çıxaran ədviyyatlardan bəhs
edir.
Sarımsaq
Tərkibində antibakterial və antihipertenziv xassəyə malik allisin
maddəsi olan sarımsaq qan damarlarını zəiflədir və genişləndirir,
nəticədə arterial təzyiq effektli şəkildə aşağı düşür.
Hil
Tədqiqatçılar araşdırıblar ki, hilin gündəlik istifadəsi arterial
təzyiqin əhəmiyyətli dərəcədə azalmasına kömək edir. Bu ədviyyat
antioksidant hesab edilir, həmçinin güclü sidikqovucu xassəyə
malikdir.
Darçın
Tədqiqatlar göstərir ki, darçından istifadə zamanı sistolik
arterial təzyiq təxminən 5,39 mm civə sütunu, diastolik arterial
təzyiq isə 2,6 mm civə sütunu azalır. Bu ədviyyatın sıyıqlara və
digər xörəklərə qatılması məsləhət görülür.
Sarıkök
Onun tərkibindəki kurkumin adlı antioksidant arterial təzyiqi
iltihabəleyhinə olan xassələri hesabına effektiv şəkildə aşağı
salır. İltihab damarların bərkiməsinə və təzyiqin qalxmasına səbəb
olur.
Zəncəfil
Tədqiqat göstərib ki, zəncəfil kalsium kanallarını təcrid edərək
arterial təzyiqin azalmasına kömək olur. Ədviyyat, həmçinin
əzələlərin sıxılmasını azaldır ki, bu da hipertoniya hallarında
faydalıdır. Nəhayət zəncəfil damarlarda trombların əmələ gəlməsinin
qarşısını alır.
Kayen bibəri
Daha çox qırmızı bibər adı ilə tanınan bu bitkinin tərkibində olan
kapsaitsin maddəsi arterial təzyiqin azalması işində neyrohormonal
sistemlə birgə fəaliyyət göstərən sensor sinir tellərinə təsir
edir.
Qara istiot
Bu ədviyyat ürək ritminin nəzarət edilməsinə və arterial təzyiqin
tənzimlənməsinə yardım edən kaliumla zəngindir. Bundan başqa, qara
istiotun tərkibindəki dəmir hipertoniya ilə mübarizədə
təsirlidir.