13 iyun tarixi üçün ulduz falı
13
İyun 2019-cu il, ulduz falı. Alış-veriş məsləhət
deyil
Qoç - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar
və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan
düşməyin. Çətinliklər müvəqqətidir. İşsiz oturmayın, çalışın.
Maraqlandığınız işlə məşğul olun, real hədəfə çatmağa can atın.
Ətalətli və tənbəl olmayın.
Passivlik səhhətinizə pis təsir edə bilər.
Əks cins mənsubu ilə fikir ayrılığı istisna deyil. Yaxın
ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə
zorla razılaşdırmağa çalışır. Məsləhətlər verməyin. Yanınızdakı
insanlar məsləhət dinləmək istəmirlər.
Axşam saatlarında istirahət edin.
Buğa - Aktiv çalışmaq üçün əlverişli gündür. Mənzil və ya ev almaq,
kirayəyə götürmək fikriniz varsa, işi təxirə salmayın. Amma ilkin
danışıqlarda sayıq olun. Maliyyə məsələlərində sadəlövhlük
etməyin.
Etibarlı tərəfdaş və ya inandığınız insanla məsləhətləşin.
Səyahətə və ya səfərə yollanmaq, gərəkli əşyanı almaq olar.
Bütün addım və qərarlarınızda soyuqqanlı olun, məntiq çərçivəsində
hərəkət edin
Yaxın ətrafınızdakı insanlar sizi soyuq, laqeyd, qaraqabaq insan
saysalar da, eyb etməz.
Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın.
Əkizlər - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın
əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu
insanı işinizlə maraqlandırın.
Səhhətinizə fikir verin. Qəza və ya travma riski var.
Günün ikinci yarısında aktiv olun, kiçik problemlər sizi
qorxutmasın.
Məişət texnikasının sıradan çıxma təhlükəsi realdır. Kiçik, amma
dəyərli əşyanı itirə bilərsiniz.
Xərçəng - Sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start
vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv
çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.
Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə
qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.
Şir - Günün ilk yarısında əlverişsiz emosional fon var. Əhvalınız
dəyişəcək. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir,
fikirlərinizdəki qarışıqlığı aradan qaldırmaq müşkül məsələyə
çevrilir.
Kiçik problemlər istisna deyil. Situasiyada ruhdan düşməyin,
irəliyə doğru hərəkət edin.
Günün ikinci yarısı daha uğurludur. Yeni işlərə şövq və həvəslə
başlasanız, tezliklə uğura nail ola bilərsiniz.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Dost məclisində
və ya tədbirdə özünüzü əla hiss edəcəksiniz.
Qız - Günün ilk yarısı bilik, bacarıq və təcrübənin artırılması,
yeni informasiya alınması, faydalı təcrübənin əxz olunması üçün
əlverişlidir.
İntellektual potensialınız yüksəkdir. Ciddi problemləri həll
etməyə, çətin suallara cavab aramağa çalışın.
Yaxın ətrafınızda olan insanlardan biri çətin vəziyyətə düşəndə
məsləhət üçün sizə müraciət edəcək.
Günün ikinci yarısı diqqət, səliqə və konsentrasiya tələb edən
işlər üçün yaxşıdır.
Hesablamalar aparmaq, büdcəni planlaşdırmaq, maliyyə məsələlərini
çözməklə məşğul ola bilərsiniz.
Tərəzi - Bütün məqsədlər əlçatan təsir bağışlayır. Fəqət qüvvə və
potensialınızı olduğundan artıq saymayın, çətin işləri təkbaşına
həll etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanın təklif etdiyi
yardımdan boyun qaçırmayın. Birgə iş və əməkdaşlıq daha
effektivdir.
Sevdiyiniz insanla məşğul olduğunuz istənilən iş, münasibətləri
möhkəmləndirəcək.
Günün ikinci yarısında xurafat qurbanı olaraq ciddi səhvə yol
verməyin.
Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asmaq əvəzinə
öz intuisiyanıza güvənin. Yaxınlarınızın xoşuna gəlməyəcək
addımların atılması ehtimalı var.
Əqrəb - Gün ərzində yaşanan xoşagəlməz hadisələri soyuqqanlılıqla
qarşılayın, stoik olun. Təmkin və səbr sayəsində çətin
situasiyalardan çıxış yolu tapmaqla yanaşı, bunu bacara bilməyən
insanlara da yardım edəcəksiniz.
Dostların və yaxınların məsləhətinə qulaq asın.
Xərclər olacaq və onların bəziləri məntiqi deyil.
İnsanlara həddən ziyadə inanmayın, işgüzar təmaslarda sayıq
olun.
Alış-veriş məsləhət deyil.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Günün ilk yarısı aktiv fəaliyyət, ruh yüksəkliyi və yeni
ideyaların peyda olduğu zamandır. Dərhal uğur əldə edəcəyinizi
düşünməyin. Lakin bu vaxt gördüyünüz işlərdə fayda var. Küsənləri
barışdırın.
Ailədəki problemlərə vaxtında fikir versəniz, onları çözə
bilərsiniz.
Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında yaşam tonusu səviyyəsi aşağı düşəcək.
Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi istisna
deyil. Axşam saatlarına dost məclisi və ya romantik görüş təyin
etməyin.
Təkbaşına qalanda, tənha dəqiqələr yaşayanda özünüzü daha yaxşı
hiss edəcəksiniz.
Oğlaq - Gün ciddi problemlər vəd etməsə də, kiçik anlaşılmazlıqlar
olacaq. Müşküllərə sakit yanaşın. Vaxtında qəbul edilmiş səhih
qərar hər şeyi yoluna qoymağınıza imkan verəcək. Yaşlı qohumlarla
fikir ayrılıqları, pula görə mübahisələr istisna deyil.
Yaxınlarınızla maliyyə məsələlərini müzakirə etmək istəməsəniz də,
indi belə proses qaçılmazdır.
Günün ikinci yarısı çətin məsələlərin həlli üçün əlverişli
zamandır. Enerjili və qətiyyətli olun.
Seçdiyiniz yolla getməyə sizə kimsə mane ola bilməyəcək. Nüfuzlu
şəxsdən dəstək almaq, sizin üçün mühüm insanın rəğbətini qazanmaq
şansı var.
Dolça - Günün ilk yarısında ehtiyatlı olun. Hər addımı yaxşı
düşünün, hər qərarı götür-qoy edin. Gərəksiz əlaqə və təmaslara can
atmayın. Şübhəli şəxslərlə iş görməyin. Yaramaz insanlarla
ünsiyyətdən tamamən qurtulmaq mümkün deyil.
Yaşlı qohumlardan biri ilə mübahisə istisna deyil. Sinirlənməyin,
emosiyalara qapılıb sərt sözlər deməyin.
Günün ikinci yarısında maliyyə itkisi, cərimə, cəza riski var.
Alış-veriş məsləhət deyil.
Axşam saatlarında başağrısı ola bilər.
Balıqlar - Əlverişli gündür. Köhnə dostlarla yanaşı, yeni tanışlar
üçün ünsiyyət yaxşı alına bilər. Yaxın ətrafınızdakı insanlarda
müsbət təəssürat yaradırsınız. İşlərin irəliləməsi üçün konkret
problemləri sürətlə həll edin. Diqqət mərkəzində olacaqsınız.
İşgüzar məsələləri qeyri-formal ortamda müzakirə etmək olar.
Alış-veriş, istirahətlə bağlı ailə üzvləri ilə müzakirələr
aparın.
Səfər və ya səyahətə hazırlaşa bilərsiniz.