15 iyun üçün ulduz falı
15
İyun 2019-cu il, ulduz falı. Yalnız qələbəyə can atın
Qoç - yaxın ətrafınızdakı insanlar sizdən diqqət və səlislik
gözləyirlər. Ehtiyatlı olun. Risk və qorxu istisna deyil. Ciddi
itkilərdən yan qaça biləcəksiniz, amma məqsədə çatmaqla bağlı
problemlər yarana bilər.
Günün ikinci yarısında ciddi insanın məsləhətinə və köməyinə
ehtiyacınız olacaq.
Münasibətlərdə və təmaslarda ehtiyatlı, səlis olun. Bədxahlarınız
yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışa bilərlər.
Gizli saxlamağa çalışdığınız məlumat, yaxud da informasiya faş ola
bilər.
Buğa - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli və
səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz insanların
qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf edə
bilərsiniz.
Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş
edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.
Bu gün yaşam tonusu aşağıdır. Axşam saatlarında özünüzü yorğun hiss
edəcəksiniz.
Alış-veriş üçün əlverişli gündür.
Əkizlər - yeni ideyalar və planlar sarıdan şikayətçi
olmayacaqsınız. Əfsuslar olsun ki, bu gün bütün ideyalarınz yaxşı
deyil. Bəzən faydalı nə isə yox, özünüz və ətrafınız üçün
problemlər yaradırsınız. Yaxşı ki, ətrafınızdakı insanlar
əhvalınızın yaxşılaşmasına səbəb olacaqlar.
Sevdikləriniz sizə yaxşı məsləhət verəcək, ailə üzvləriniz isə
problemlərdən qorumağa çalışacaqlar.
Qəm yeməyin, hər şey yaxşı olacaq.
Dostlarla ünsiyyət və romantik görüş üçün əlverişli gündür. Fəqət,
bu gün bağlı uzunmüddətli, ciddi planlar qurmayın. Səhvə yol
verilməsi, məqsədlərin dəqiq müəyyənləşdirilməməsi ehtimalı az
deyil.
Xərçəng - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o
qədər uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək,
diqqət cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının
problemlərini müzakirə etmək istəyəcəksiniz.
İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə
dəyməmək - bugünkü davranışınızdır.
Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.
Şəxsi münasibətlərdə yeni, başgicəlləndirci tanışlıq mümkündür.
Adət və vərdişlərinizin bir qismini dəyişin, sizi sevən insanları
heyrətləndirin. Ailə üzvləri ilə münasibətlər rəvan olacaq.
İşlərdə səhvlərə yol verməməyə çalışın.
Şir - tərəfdaş və müttəfiq, habelə həmfikir axtarmaq üçün əla
gündür. Sizə ən çətin anlarda dayaq və dəstək ola biləcək insanlara
güvənin.
Yaradıcılıqla bağlı yeni perspektivlər, imkanlar yaranır.
Bu gün alacağınız informasiya faydalı olacaq, işinizə
yarayacaq.
Yeni romantik təmasın və münasibətin başlanması mümkündür. Bəzi
adamlarla fikir, maraq və həyat mövqelərinizin çox bənzədiyini
anlayacaqsınız.
Səfər, qəfil təklif, gözlənilməz dəvət mümkündür.
Unutmayın ki, həyatda nə qədər çox şansınız yaranırsa, bir o qədər
yaxşıdır.
Qız - bu gün ciddi və pozitiv olun. Sizə əziz olan insanların
problemlərinizi həll etməyə başlayacağını gözləməyin. Fəal,
müstəqil olun, dəstək və təqdir, təşəkkür gözləməyin.
Zəhmətkeş və diqqətli olun, əks təqdirdə çox mühüm məqamı buraxa
bilərsiniz.
Kiçik xərclər, məsrəflər, uğursuz alış-veriş mümkündür. Bu gün əsla
geyim almayın.
Ekstravaqant paltar alacağınız, sonra da bu paltarı aldığınıza
heyfislənəcəyiniz istisna deyil.
Əks cinsin mənsubları ilə münasibətlər əsəbi, gərgin olacaq.
Tərəzi - bu gün bacarıq, bilik və imkanlarınızı tam miqyasda
aşkarlaya, nümyiş etdirə biləcəksiniz. Başqalarının bacarmadıqları,
yerinə yetirə bilmədikləri işin öhdəsindən gələcəksiniz.
Çoxsaylı maneələri, sədləri asanlıqla dəf edəcıksiniz,
çətinliklərdən keçəcəksiniz.
Yaxın ətrafınızdakı insanların xətrinə sözlərinizlə dəyə
bilərsiniz, amma onların incikliyi çox davam etməyəcək.
Dəyişikliklər, cəsur ideyaların həyata keçirilməsinə
hazırsınız.
Dəyər verdiyiniz insanları düşünün, bu minvalla münaqişələrə yol
verməyin.
Əqrəb - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna
deyil. Hətta emosional şok da ola bilər. Halbuki situasiya
soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun,
problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.
Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda
olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin
öhdəsindən gələ bilərsiniz.
Oxatan - gün heç də yaxşı başlamayacaq. Əhvalınızı pozacaq
xırdalıqlar ola bilər. Özünüzə inamı itirməyin, ruhdan düşməyin.
Nəticələrlə bağlı tələskənliyə yol verməyin, situasiyanı dəqiq və
hərtərəfli dəyərləndirin. Əks halda ciddi yanlışlıqlar və səhvlər
ola bilər.
Günün ikinci yarısından etibarən situasiya tədricən dəyişəcək,
müsbət təmayüllər güclənəcək. Yeni ideyalar peyda olacaq və onları
böyük istəklə gerçəkləşdirməyə başlayacaqsınız. Lakin yorula
bilərsinz.
Axşam saatlarını sakit istirahətə həsr edin.
Oğlaq - asan gün deyil. Görüləsi işlər, həll ediləsi problemlər
həddən ziyadə ola bilər. Ruhdan düşməyin. Maraqlı imkanları əldən
buraxıb yanlış addım atmayın. İşdə rəhbərliklə ünsiyyətdə
problemlər yarana bilər. Anlaşılmazlıq üçün ən xırda iş, kiçik
məsələ yetərli olacaq.
Fəqət, günün xoş yönləri də var. Şəxsi həyatda işləriniz qaydaya
düşməyə başlayacaq, sevdiyiniz insanla aranızdakı anlaşılmazlıq
aradan qalxacaq. Romantik görüş üçün əlverişli gündür.
Yaşam potensialı yüksəkdir, xəstəlik və rahatsızlıqdan
qorxmayın.
Dolça - çətin və mürəkkəb gün olacaq. Qətiyyətli addımları təxirə
salın, riskli planlardan imtina edin. Bəzən sizə elə gələcək ki,
ətrafınızdakı adamlardan kimlərsə düzgün davranmır, sizi qəsdən
qıcıqlandırmağa çalışır. Səbrli, təmkinli olun.
Ailə qayğıları diqqət və qayğı tələb ediləcək. Evdəki problemlər
bütün diqqəti işə yönəltməyə imkan verməyəcək.
Yaxın insanların dəstəyinə ehtiyacınız var. Xoş sözlə yanaşı,
maliyyə köməyi alsanız, pis olmaz. Planlaşdırılmamış xərclər
etməyin - belə məsrəflərə haqq qazandırmaq çətin olacaq.
Balıqlar - neytral gün olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə
çatmaq üçün səy göstərmək gərəkdir. Planların gerçəkləşməsi
qətiyyət və inadınızdan asılıdır.
Yalnız qələbəyə can atın.
Komplekslər və zəifliklərinizin öhdəsindən gəlməyə çalışın.
Səhhətinizə diqqət yetirin. Bu gün yaşam tonusunuzun aşağı düşməsi,
halsızlaşmaq ehtimalı var.
Qadınlarla münaqişələr yarana bilər.
Qohumlarla problemlər yaratmayın, çünki sonra barışmaq çətin
olacaq.