Ulduz falı – Yeni işlərə və layihələrə başlaya bilərsiniz
Qoç - Gün uğurlu və əlverişli şəraitdə başlanmır. Səhər saatlarında
kiçik anlaşılmazlıqlar, xoşagəlməz hadisələr ola bilər. Lakin bu
problemlərin həllini tapacaq, ətrafınızdakı insanlara da yardım
edəcəksiniz.
Günün ikinci yarısına yaxın situasiyada müsbət təmayüllərin təsiri
güclənəcək.
Yeni işlərə və layihələrə başlaya bilərsiniz.
Romantik münasibətlər üçün uğurlu gün deyil. Şirin vədlərə, yalan
sözlərə aldanmaq riski böyükdür.
Axşam saatlarında səhhətinizə xüsusilə fikir verin. Yuxusuzluq
ehtimalı var.
Buğa - Səhər saatlarından etibarən aktiv çalışın. İşlərinizi
diqqətlə planlaşdırın, sonradan çətinliklər yarada biləcək sahələrə
xüsusi fikir verin. Özünüzdən bədgüman olmayın.
Gəlir əldə edəcəksiniz. Gözlənilməz hədiyyələr də istisna
deyil.
Günün ikinci yarısında maraqlı tanışlıqlar olacaq. Sizə maraqlı
olan insanın rəğbətini qazana bilərsiniz. Romantik tanışlıqlar
maraqlı keçəcək.
Yaşlı qohumlarla fikir ayrılığı ola bilər. Gələcəyə hesablanmış
ümumi planlarla bağlı ortaq məxrəcə gəlmək xüsusilə çətindir.
Əkizlər - Hiss və niyyətlərinizdə konkret olun. Vədlərə aldanmayın,
sizə xoş sözlər deyənlərin hamısına etibar etməyin. Hisslərinizdə
qarışıqlıq yaranmasına imkan verməyin. Çaşıb qaldığınızı, bundan
sonra nə edəcəyini bilmədiyinizi düşünsəniz, soyuqqanlı olun, ani
bədgümanlığın əsiri olmayın. Belə situasiyada ciddi, yeni işə
başlamayın. Az sonra işlərdə aydınlıq yaranacaq, məqsədlərinizi
dəqiqləşdirə biləcəksiniz.
Romantik münasibətləri heç bir əsası olmayan qısqanclıq
sərinləşdirə bilər.
Hisslərinizin təhlilinə ifrat dərəcə varmayın. Fikrinizi başqa,
hətta mənasız olsa belə, işə yönəldin.
Günün ikinci yarısı uğur vəd edir.
Xərçəng - Səhər saatlarından etibarən aktiv olsanız, ciddi uğurlar
və əhəmiyyətli nailiyyətlər əldə edə bilərsiniz. Ciddi məsələləri
asanlıqla həll edəcəksiniz. Lakin bütün bunlar sizə özünüzü
bəxtəvər hiss etməyə imkan verməyəcək. Sevgi, qayğı, diqqət
gözləyirsiniz. Amma bu hisslərə çatmağın yollarını bilmirsiniz.
Yaxın ətrafınızdakı insanlar davranışınızı, qərarlarınızı anlamır,
qarışıq və məntiqsiz sayırlar. Niyyətləriniz mənasız təsir
bağışladığından ailədə münaqişə yarana bilər.
Alış-veriş üçün əlverişli gün deyil.
Səfər və ya səyahət isə tam əksinə, xoş təəssüratlar vəd edir.
Axşam saatlarındakı istirahət əhvalınızı yaxşılaşdıracaq, qayğılar
və problemləri müvəqqəti də olsa, unutmağa yardım edəcək.
Şir - Mühüm qərarları təkbaşına qəbul etməyin, yaxın perspektiv
üçün hesablanmış planı reallaşdırmağa tələsməyin. Emosiyaların
əsiri olsanız, ciddi səhvlərə yol verəcəksiniz. Məntiqli
məsləhətlərə qulaq asın. Başqalarının təcrübəsini dəyərləndirin,
etibar etdiyiniz adamların və müttəfiqlərin intuisiyasına
güvənin.
Günün ikinci yarısı güclü həyəcan vəd edir. Halbuki bu hisslərin
heç bir ciddi əsası yoxdur. Müşkülün həlli asandır. Sadəcə,
sinirlənməyin və yaranmış situasiyanı təmkinli, soyuqqanlı
dəyərləndirin. Hər şeyin o qədər də pis olmadığını
anlayacaqsınız.
Qız - Ötənlərdə yaşananları düşünür, hadisələri yada salır,
xatirələrə dalırsınız. Yaşamınızda mühüm rol oynamış və ya yer
tutmuş insanı unuda bilmirsiniz. Bir zamanlar sevdiyiniz şəxslə
görüş istisna deyil.
Lakin hisslərə qapılmayın.
Qarşınıza qoyduğunuz məqsədi dəqiqləşdirin, nə istədiyinizi dəqiq
bilin. Məqsədə doğru əzmlə irəliləyin və əvvəllər yol verdiyiniz
səhvləri təkrarlamayın.
Ünsiyyət, görüşlər, informasiya və məlumat mübadiləsi üçün
əlverişli gündür. Öz uğurlarınızla yanaşı, başqalarının da
müvəffəqiyyətlərinə sevinin. Belə olarsa, yaxın ətrafınızdakı
insanlar qələbə və nailiyyətləri barədə sizə həvəslə
danışacaqlar.
Tərəzi - Gün pis başlanmır. Amma baş verənlərə çox sevinmir, təlaş
və əndişə içindəsiniz. Xoşagəlməz hadisələrin baş verəcəyini
düşünürsünüz. Narahat olmayın, bədgümanlıq içində qalmayın. Təşviş
və narahatlıq üçün heç bir səbəb yoxdur. Qorxduğunuz hadisə baş
verməyəcək. Xoflar isə yaşamınıza təsir edərək əhvalınızı korlaya
bilər.
Zəifliklərinizin öhdəsindən gəlin, qətiyyətinizi göstərin,
konstruktiv davranın. Bu gün yaxın ətrafınızdakı insanlar sizə
bənzəməyə çalışacaqlar. Qətiyyətli olun. Məqsədə çatmaq üçün ilk
əvvəl özünüzə inanmalısınız.
Əqrəb - Mənfi təmayüllərin təsiri güclüdür. Buna görə də məqsədə
çatmaq üçün sürətlə irəliləyəcəyinizi, qarşınızda sədlər və ya
maneələr olmayacağını düşünməyin. Ruhdan düşməyin, nikbin olun. Baş
verən hadisələrə rəğmən, niyyətinizə çatmağa çalışın. Maliyyə
məsələlərinin həlli, anlaşma və sövdələşmə, sifariş qəbulu üçün
uğurlu gündür.
Yaşamızında ciddi dəyişiklik və ya müsbət yeniliklik edə
bilərsiniz. Zərərli vərdişlərinizdən birindən əl çəkin.
Axşam saatları xoş görüş və romantik əyləncə vəd edir.
Oxatan - Ünsiyyət üçün əlverişli gündür. Ətrafınızdakı insanlarla
asanlıqla dil tapırsınız. Dəvət edildiyiniz tədbirdə diqqət
mərkəzində olacaqsınız. Təriflər və xoş sözlər eşidəcəksiniz.
Yaranmış situasiyadan praktiki məqsədlər üçün istifadə edin.
Soyuqqanlı davranış çox praktiki vasitəyə çevriləcək.
Yeni romantik münasibətə başlamaq zamanı deyil. Çalışın,
məqsədyönlü şəkildə işləyin. Havaların isti keçməsinə rəğmən,
əliniz işdən soyumasın.
Səhhətinizin qeydinə qalın.
Axşam saatlarında sizi xoş sürpriz gözləyir.
Oğlaq - Günün emosional fonu əlverişli deyil. İstənilən problem çox
ciddi çətinlik təsiri bağışlayır. Ən balaca milçək qısa müddət
ərzində böyük filə çevrilə bilər. Sakit və soyuqqanlı olun,
təmkinli davranın. Ağır oturub, batman gəlin. Hisslər və həyəcanlar
üçün darıxmış insan təsiri bağışlamayın.
Münasibətlərdə stabillik və harmoniyaya can atın.
Günün ikinci yarısında gərginlik səviyyəsi azalacaq. Anlayacaqsınız
ki, məğzini tam dərk etmədiyiniz nəsnə uğrunda mübarizə
aparmaqdansa cari işlərlə məşğul olaraq sakit yaşamaq daha
əfzəldir. Əvvəllər yol verdiyiniz səhvlərin fəsadlarını aradan
qaldırmaq imkanları yaranır.
Dolça - Gün nə qədər çətin başlansa da, ruhdan düşməyin,
bədgümanlığa qapılmayın. Doğrudur, çətinliklər və problemlərdən
qurtulmaq asan deyil. Amma saatlar keçəcək və mütləq uğur
qazanacaqsınız. Sizə bel bağlamadığınız, tanımadığınız insanlar
yardım edəcəklər.
Cəsarətli planlar, orijinal həllər, qeyri-standart layihələrin
reallaşdırılması üçün uğurlu gündür. Çətinliklərə meydan oxuyun.
Eksperimentlər uğurlu alınacaq. Yeni işlərə başlamaq, əvvəllər
çəkindiyiniz layihənin gerçəkləşdirilməsinə başlamaq olar.
Balıqlar - Ətrafınızdakı insanlarla, hətta ən yaxın bildiyiniz
şəxslərlə dil tapmaq asan deyil. Fikir ayrılıqlarının intensivliyi
artır. Ən kiçik mübahisə ciddi münaqişəyə, qarşılıqlı iddialara və
iradlara dönür. Soyuqqanlı olun, münaqişəli situasiyalardan
yayınmağa çalışın. Güzəştə getməyi bacarın. Kompromislər olmazsa,
problemlər ciddiləşə bilər.
Yaşam potensialının səviyyəsi aşağıdır. İzafi işlərə və əlavə
sifarişlərə şirnikməyin, özünüzü həddən ziyadə yormayın. Səyləriniz
gözlədiyiniz nəticəni verməyəcək.